Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-01-2020, 14:00)
Azərbaycanda 2 yeni gömrük postu tikiləcək - Rəsmi

 "Çalışın ki, bizim bütün gömrük-keçid məntəqələrimiz ən yüksək səviyyədə təmir edilsin".
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə tapşırıq verərkən belə deyib.
Dövlət başçısı bildirib ki, biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq on ildən çox vaxt keçib. Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır.
Mediatv.az  xəbər verir ki, bu mövzuda danışan Dövlət Gömrük Komitəsinin Katibliyinin rəisi Anar Hüseynov bildirib ki, "Gömrük sisteminin 2017-2021-ci illər üzrə inkişafına dair Fəaliyyət Planı"na uyğun olaraq müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin əsas istiqamətlərindən biri buraxılış məntəqələrində sərnişin və yük axınının effektiv idarə olunması, sürətli sərhəd keçidinin təmin edilməsi, gömrük nəzarəti və rəsmiləşdirilməsi tədbirlərinin operativ həyata keçirilməsidir.
Anar Hüseynov qeyd edib ki, Qərb istiqamətində "Sınıq Körpü" gömrük postunda yaranan sıxlığı nəzərə alaraq Ağstafada yeni post tikiləcək. Daha bir postun isə Cənub bölgəsində inşası nəzərdə tutulub.
Hazırda hər iki postun layihəsinin hazırlanması işləri gedir.
Anar Hüseynov qeyd edib ki, "İpək Yolu" postunun istifadəyə verilməsilə bərabər, Gürcüstanla gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması da həyata keçiriləcək.
Bu da sərnişin və yük axınının daha çevik və sürətli axınını təmin edəcək.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024