Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-12-2019, 13:30)
Vətəndaş nikahı: Kişinin ehtiyacını ödəmək həvəsi, qadının Avropa həyat tərzi eşqi - AÇIQLAMA

 Rəsmi nikahı olmayan qadınların ailədəki hüquqlarını bərpa etmək çox çətindir. Vətəndaş nikahı nə qadınların, nə də uşaqların hüquqlarının müdafiəsi üçün imkan yaradır. Digər tərəfdən, məsələyə müsbət yanaşan insanlar bunu qarşılıqlı şəkildə bir-birini tanımaq və daha sonra qərar verə bilməklə açıqlayırlar. Amma unutmaq lazım deyil ki, Avropada vətəndaş nikahları qanunla tənzimləndiyi halda, bizdə elə deyil.
Bu sözləri Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova son vaxtlar qeyri-rəsmi şəkildə birlikdə yaşadıqları kişilər tərəfindən məişət zorakılığına məruz qalan qadınlarla bağlı sorğuya cavab olaraq deyib.
O bildirib ki, vətəndaş nikahında yaşayan gənclər Avropadakı vəziyyətə həvəs göstərir, lakin bu, heç də yaxşı hal deyil:
“Kiçik bir araşdırma etsəniz, görərsiniz ki, Avropada vətəndaş nikahı qanunla tənzimlənir. Bunun xüsusi prosedurları var. Həmin hüquqi qaydalara isə hər iki tərəf əməl edir, aidiyyəti dövlət orqanları tərəfindən müqavilə bağlanaraq uşağa qayğıdan tutmuş, əmlakın bölünməsinə qədər hər bir şey nəzərə alınır.
Azərbaycanda isə vətəndaş nikahı bu cür olmadığı üçün qadınlar zorakılığa məruz qalırlar. Statistik nəticələr, aparılan araşdırmalar da onu göstərir ki, qadınlar daha çox həyat yoldaşları və qeyri-rəsmi yaşadıqları kişilər tərəfindən şiddətə, zorakılığa məruz qalırlar. Hətta bir neçə faktlar var ki, bu zorakılıqlar ölümlə nəticələnir”.
A.Veysəlova qeyd edib ki, vətəndaş nikahında yaşayan kişilər həmin qadınlara qarşı heç bir məsuliyyət duymur:
“Təəssüf ki, bizim cəmiyyətdə vətəndaş nikahında yaşayan kişilər qadına müəyyən ehtiyaclarını ödəmək üçün yanaşır. Belə olan halda təbii olaraq gələcəkdə heç bir halda məsuliyyətdən danışmaq olmaz.
Rəsmi nikahda olan qadınlarımız arasında da zorakılığa məruz qalanlar olur. Amma fərq ondadır ki, rəsmi nikah zamanı bu kimi hallarda qadın və uşaqların, eləcə də, bəylərin hüquqlarının müdafiəsi üçün müvafiq qanunlarla addım atmaq olur. Digər halda isə yox. Yaxşı olar ki, qadınlar münasibətlərini rəsmiyyətə köçürsünlər. Gələcəkdə həmin ailələrdə dünyaya gələcək uşaqların həm sənədlərində, həm də psixologiyalarında ciddi problemlər yaranır”.
Komitə nümayəndəsi bu cür ailələrdə dünyaya gələn uşaqların ciddi psixoloji problemlər yaşadığını da diqqətə çatdırıb:
“Əvvəllər müəyyən sənəd məsələlərinə görə rəsmi nikaha daxil olmayan, lakin normal ailə münasibətlərində yaşayan cütlüklərimiz də var. Onlar istisna olmaqla, digər şərtlər altında dünyaya gələn uşaqlara əksər halda sahib çıxan olmur.
Hər iki tərəf məsuliyyətdən yayındığı üçün yekunda o uşaqları dövlət özü himayəsinə götürür. Təbii ki, bəzən də elə olur ki, həmin uşaqlar gələcəkdə potensial olaraq sevgisiz, şiddətə meyilli fərd olaraq böyüyürlər. Uşaqlar özlərini həyatda mənasız, özgüvənsiz, heç kimə lazım olmayan biri kimi hiss edirlər.
Qeyri-nikahda olan qadınlar tərəfindən doğulan uşaqların statistikası tutulur. Ötən ilə nisbətən bu il həmin uşaqların sayında azalma müşahidə edilir. Əgər 2018-ci ildə qeyri-nikahda olan qadınlar tərəfindən 20 mindən bir qədər çox uşaq dünyaya gəlibsə, demək olmaz ki, onların sənədləri üçün yalnız analarının ərizəsi ilə müraciət edilib.
Burada başqa fərqli məqamlar var. Bizə regionlardan çoxsaylı müraciət daxil olub ki, bizə rəsmi nikah üçün sənədlərimizi qaydasına salmağa kömək edin. Əməkdaşlarımız həmin müraciətlər əsasında bir çox ailənin vətəndaş nikahından rəsmi nikaha keçməsi üçün yardımçı olub”.
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024