Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-12-2019, 11:41)
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Abşeron rayonunda vətəndaşlarla görüşüb.

 Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə dekabrın 11-də Abşeron və Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Görədil kəndində yerləşən Abşeron Suvarma Sistemləri İdarəsinin inzibati binasında Abşeron və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Abşeron Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Abşeron və Qobustan rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi üçün boru xətlərinin çəkilməsi, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması və digər məsələləri əhatə edib.
Hər bir vətəndaşı fərdi qəbul edərək, müraciətini diqqətlə dinləyən Əhməd Əhmədzadə onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi elə yerində həll edilib. Araşdırılmaya ehtiyacı olanlar isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. ASC-nin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq aidiyyəti orqanlara çatdırmaq üçün nəzarətə götürülüb.
Görüşdə iştirak edənlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, dekabrın 13-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Şamaxı rayonunda, Rafiq Aslanov isə Ağsu rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.


   шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024