Cəmiyyət / Təhsil (7-12-2019, 20:25)
Kürdəmirdə acınacaqlı mənzərə...

Mərkəz Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, Kürdəmir Rayon Yol Polisi İdarəsi və Kürdəmir Təhsil Şöbəsinə müraciət edib. Şagirdlərin daşınmasının təhlükəli olduğunu, bu barədə tədbir görmələrini istəyib.
Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin məlumatında deyilir ki, onlar dəfələrlə bu sahədə monitorinq aparıblar. Sürücülərə şagirdlərin daşınması ilə bağlı iradlarını bildiriblər. Lakin sürücülər onların dediklərini və iradlarını gözardı ediblər:
“Kiçik həcmli avtobuslara (RAF) 50 nəfərdən artıq şagird mindirirlər. Uşaqlar bir-birinin belində gedir. Ayaq üstə duranlar olur. Adi bir əyləcdə neçə nəfər yıxılır. Bu, təhlükəli haldır və yolverilməzdir. Nəticələri çox acı ola bilər”.
Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi bildirir ki, sürücülərə irad bildirəndə çox pis cavab verirlər:
“Deyirlər: “Sən kimsən, bu xətti pulla almışam. İstədiyim kimi sürürəm. Heç kim, eləcə də siz bizə qarışa bilməzsiniz”. Biz hüquqi dövlətdə yaşayırıq. Uşaqlar bizim gələcəyimizdir. O uşaqları qorumaq bizim borcumuzdur. Aidiyyatı qurumları və medianı şagirdlərin təhlükəsizliyini qorumaq üçün monitorinq aparmağa və ya bu məsəlini diqqətdə saxlamağa dəvət edirik. Araşdırın, tədbir görün, ən azı acı nəticələnəndən sonra heyifsilənməmək üçün”

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025