Cəmiyyət (27-11-2019, 09:14)
Gömrük Komitəsinin sədri: “Gecə qara, cücə qara” məsələsi yığışdırılıb

Mediatv.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, Gömrük sistemindən malın ölkəyə keçiriləndə neçəyə bəyan olunmasını öyrənmək mümkündür:
“Əgər satıcı malın üzərində ikiqat artıq qiymət qoyub satırsa, aidiyyəti qurumlara müraciət etmək lazımdır ki, bu məhsulun mənfəət vergisi nə qədərdir. Burada “gecə qara, cücə qara” məsələsi yığışdırılıb. Belə bir sistem yoxdur. Kimsə belə bir halın mövcudluğunu iddia edirsə, biz həmin şəxsin yanındayıq. Əgər əməkdaşımız vətəndaşa “olmaz” deyibsə, o zaman mən onun nəinki işdən çıxarılmasına təlimat verərəm, həm də ən ağır şəkildə cəzalandıraram.
Prezidentin bu sistemdə başlatdığı islahatlar keçici xarakter daşımır. Bizim məqsədimiz qısa müddət ərzində hansısa islahatı həyata keçirib, oturub gözləmək deyil. Bu, mümkün olan şey deyil. Bunu düşünən varsa, biz ona şərait yaradacağıq. Artıq kiməsə himayədarlıq etmək dövrü keçib”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025