Cəmiyyət / Təhsil (26-02-2019, 11:06)
ADAU-nun Aqronomluq fakültəsinidə Xocalıya qisas istənilib

Tədbirdə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov kütləvi qırğının baş vermə səbəblərindən, Xocalının o dövrdə tamamilə başsız qalmasından, bu faciəyə, eləcə də Dağlıq Qarabağ məsələsinə dünya birliyinin ikili münasibətindən danışıb və deyib ki, Xocalı 20-ci əsrin ən dəhşətli qırğınıdır. İndi güclü ordumuz var. Təbii ki, son sözü də Azərbaycan əsgəri deyəcək, törədilən qırğının mütləq qisası alınacaqdır. Aprel döyüşləri bir daha sübut etdi ki, tökülən qanlar yerdə qalmayacaq, ölkənin ərazi bütövlüyü tam təmin ediləcək, Xocalının qisası alınacaqdır..
Fakültə dekanı Məhərrəm İsmayılov və digər çıxış edənlər bildirib ki, artıq qisas, intiqam vaxtıdır. İnsanlar yalnız danışıqlarla kifayətlənməməli, dövlətimizin ətrafında yumruq kimi birləşərək erməni faşizminin və terrorunun kökünü kəsmək üçün fəaliyyətlərini gücləndirməlidirlər.
Tələbələrin Xocalı soyqırımına aid təqdim etdiyi teatrlaşdırılan səhnələr isə əslində faciəni törədənlərə nifrətin və qisas gününün yaxında olduğunun təsdiqi kimi yazıldı yaddaşlara. Göstərilən ədəbi-bədii kompozisiya tədbir iştirakçılarında bir daha gəncliyin tarixi faciələrə həssaslığı, qisasa köklənməsi, yeri gələrsə silaha sarılıb döyüşlərə atılması əminliyini yaratdı.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025