Cəmiyyət / Kriminal (28-09-2018, 16:30)
İş adamının evindən oğurluq edənlərə ağır cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Mediatv.az-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Y. Dadaşov, D.Güləliyev hər biri yeddi il müddətinə azadlıqdan məhrum edilib.
F. Atakişiyev 1500 manat məbləğində cərimələnib.
Qeyd edək ki, oğurluq hadisəsi bu il martın 21-də, Novruz bayramı günü Qaradağ rayonu ərazisində baş verib. Təqsirləndirilən şəxslər rayon ərazisindəki daş karxanasında sahibkar olan Aydın Sultanovun evindən 200 min manat pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyev saxlanılıblar.