Cəmiyyət / Karusel (14-05-2018, 15:21)
Gürcüstanda 1 dəqiqəyə sərhədi keçirlər, bizdə isə... - General
Dövlət Gömrük Komitəsi qeydiyyat jurnalında hansısa qeydiyyatı ləğv etmək üçün 4 nazirlikdən icazə alınır. Bu da 3-4 ay çəkir.
Mediatv.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
İdarə rəisi bildirib ki, Azərbaycan Gürcüstandan fərqli olaraq gömrük keçid məntəqələrində təhlükəsizliyə daha çox əhəmiyyət verir:
"Gürcüstan sərhəd keçid məntəqələrində fiskal siyasət həyata keçirir. Azərbaycan isə təhlükəsizliyə üstünlük verir. Bəzən bizə deyirlər ki, niyə Gürcüstan sərhədindən 1 dəqiqəyə keçmək olur, amma ölkəmizdə ləngimələr yaranır? Çünki biz təhlükəsizliyə üstünlük veririk. Nəticədə bu da müəyyən vaxt alır".
