Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-05-2018, 22:10)
Bakıda tanınmış həkimlərin “ölümcül fırıldağı”

Bakıda tanınmış həkimlərin “ölümcül fırıldağı”

 

 

Dünən Bakıda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan bir qrup vəzifəli şəxs tutulub . Onların arasında tanınmış ginekoloq da olub. 

Mediatv.az  xəbər verir ki, söhbət Azərbaycan telekanallarından birində reklam olunan və respublikanın ən yaxşı həkimi obrazında çıxış edən Natiq Məhərrəmovdan gedir. 

Belə ki, Məhərrəmov uzun müddət paytaxt teleməkanında yayımlanan tanınmış verilişlərdən birində həkim-ekspert qismində çıxış edib. 

Bu reklamlar sayəsində o, ölkədə böyük populyarlıq qazanıb. İnsanlar “ən yaxşı həkimin” qəbuluna düşmək üçün regionlardan paytaxta axışıb.

Yəqin ki, məhz bu populyarlıq və qısa zamanda əldə olunmuş zənginlik Məhərrəmovu cinayətkar sxemin yaradılmasına doğru yönəldib.

İlkin istintaq materialları ilə müəyyən edilib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən bir milyon manatdan artıq dəyərdə 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər. 

Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar.

Bu cinayətkar qruplaşmanın tərkibinə Natiq Məhərrəmov da daxil olub. 

Yayımlanan görüntülərdə Məhərrəmovun böyük miqdarda pul köçürmələri etdiyi öz əksini tapıb. 

Qeyd edək ki, müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilərək dövriyyədən çıxarılıb.

Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayətin törədilməsində iştirakı olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu barədə ilk məlumatı Minval.info saytı yayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024