Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-06-2014, 18:51)
Sərnişinləri qorxudan şəxsin kimliyi açıqlandı

Ötən gün Bakı-Gəncə istiqamətdə hərəkətdə olan sərnişin avtobusunda insanları təşvişə salan şəxsin kimliyi məlum olub

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun anspress-ə verdiyi məlumata görə, hadisə barədə məlumat daxil olan kimi, Gəncə şəhər Baş Polis İdarəsinn əməkdaşları sərnişinləri qorxudan şəxsin kimliyini müəyyən etmək üçün dərhal müvafiq tədbirlərə başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həqiqətən də, qeyd olunan vaxtda bir nəfər sərnişinləri vahiməyə salıb. Əməliyyat zamanı həmin şəxsin kimliyi bilinib.
Məlum olub ki, həmin şəxs Gəncə şəhər sakini, ruhi xəstəlikdən əziyyət çəkən 1986-cı il təvəllüdlü Anar Məmmədovdur. Polis əməkdaşları dərhal həmin şəxsin yaşadığı ünvanda olaraq, onunla görüşüblər. Polis əməkdaşları həqiqətən də, həmin şəxsin davranışlarında müəyyən problemlər olduğunu aşkarlayıblar.
Bundan başqa, o da aydınlaşıb ki, A.Məmmədov uzun müddətdir Gəncə şəhər əsəb dispanserliyində müalicə olunur.
Həmçinin araşdırmalar zamanı o da müəyyən olunub ki, əslində Anar Məmmədov avtobusda qəfildən ayağa duraraq insanlara məsləhət verməyə başlayıb. O, bəzi qida məhsullarının insan orqanizmi üçün təhlükəli olduğunu bildirib və məsləhətlər verib. Onun qeyri-müəyyən davranışları insanları qorxudub. Lakin onun əlində bıçaq, yaxud da, hansısa kəsici alət olmayıb. Bu barədə avtobus sürücüsü də izahatında bildirib.
Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmaların nəticəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul olunacaq.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024