Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-01-2018, 14:00)
Teleqüllə yaxınlığından 80 ailə təxliyyə olunub

Teleqüllə yaxınlığından 80 ailə təxliyyə olunub

 

Bakıda Bayıl yamacında yerləşən 80 evdən (ailə) 390 nəfər təhlükəsiz yerə köçürülüb, onlardan 34 ailə məcburi köçkünlərdir.

Mediatv.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə Səbail rayon İcra Hakimiyyətinin Bayıl yaşayış massivində (Teleqüllənin yaxınlığında - red.) sürüşmə zonasında yaranmış təhlükə ilə bağlı yaydığı məlumatda deyilir.

İcra Hakimiyyətindən qeyd olunub ki, sürüşmə faktı ilə bağlı Xüsusi Qərargah yaradılıb və müvafiq tədbirlər həyata keçirilib:

“Mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılıb və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onların məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb”.

Məlumatda bildirilir ki, sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır:

“Onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən, xüsusi araşdırmalardan sonra verilib. Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyil. Hazırda ciddi narahatlığa əsas yoxdur və ərazi  aidiyyəti qurumlar tərəfindən nəzarətdədir”.

Ərazidə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyəti qurumların mütəxəssisləri araşdırmalar aparır.

шаблоны для dle 11.2

Xəbər lenti
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
1 05 2025
1 05 2025
1 05 2025