Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (22-06-2014, 00:29)
Stalinin bakılı arvadının faciəsi

Stalinin bakılı arvadının faciəsi

 

Vaxtilə “millətlər atası” sayılan Stalin 1943-cü ildə öz qeydlərinin birində yazırdı: “Mən bilirəm ki, ölümümdən sonra mənim məzarıma çoxlu sayda zibil atacaqlar, amma tarixin küləyi amansızcasına onları dağıdacaq”. 

 

Qılıncının qəbzəsinin də kəsdiyi bir vaxtda bunu etiraf edən Stalin bilirdi ki, o, nəinki ictimai həyatda, beynəlxalq siyasi arenada, hətta şəxsi ailəsi daxilində belə,  çoxsaylı fəsadların səbəbkarıdır. 1961-ci ildə də keçirilən müşavirədə nəşinin Mavzoleydən qaldırılması ilə bağlı çıxışlarda da bu amillər qeyd olunurdu. Doğrudur, orada daha çox Stalini Lenin ideyalarına sadiq qalmadığı üçün tənqid edirdilər. Amma insanlığa vurduğu zərbələr də təbii ki, unudulmurdu. Hansı zərbələr ki, özünü ailə daxilində də əks etdirirdi. Bu fəsadların ən ağırını yaşayan isə diktatorun ikinci xanımı əslən Bakıdan olan Nadejda Alliluyeva idi.

modern.az saytı “Rəhbərlərin xanımları”rubrikasında XX əsrin dünya liderlərindən biri olan İosif Stalinin ikinci xanımı Nadejda Alliluyeva barədə yazı hazırlayıb. “Qafqazinfo” həmin yazını təqdim edir.

O, Stalinlə 14 il birgə həyat yaşadı. Məhz 14 ildən sonra, o, həyatındakı dözülməz hallara tab gətirməyərək intihar edib. 1932-ci ildə ürəyinə odlu silahdan atəş açaraq ölüb. İntihar etməzdən  bir gün əvvəl isə Stalinə onunla həyatın dözülməz olduğunu və boşanmaq istədiyini deyibmiş… 

Bu haqda bir az sonra daha ətraflı məlumat verəcəyik. Amma əvvəlcə, diktatorun birinci evliliyinə də nəzər salaq: O, ilk dəfə 1904-cü ildə gürcü əsilli Yekaterina Svanidze ilə ailə həyatı qurub. İlk evliliyin ömrü çox qısa olub. Yekaterina 1907-ci ildə vərəm xəstəliyi səbəbindən dünyasını dəyişib. İlk nikahdan Yakov adlı oğlu olub ki, sonradan onun barəsində yaranacaq  müharibə əfsanələri ilə daha da məşhurlaşıb. Bu həmin Yakov idi ki, əsir düşən zaman Stalin “bir əsgəri heç vaxt feldmarşala dəyişmərəm” deyərək doğma oğlunun ölümünə səbəb olmuşdu. 

O zaman almanlar Yakovu əsir götürərək, onu alman ordusunun feldmarşalı Paulyusla dəyişməyi təklif etsələr də, Stalin oğlunun ölümü ilə nəticələnən qərar qəbul edib.

Stalin ikinci dəfə 1919-cu ildə evlənib. İkinci həyat yoldaşı milli məsələlər üzrə Xalq Komissarlığında çalışan Nadejda Alliluyeva idi. Nadejda elə bu səbəbdən soyadını dəyişdirmir. Əslən bakılı olan bu xanımla rəsmi nikah 1919-cu il martın 24-də bağlanıb. Bu nikahdan iki uşaq – Vasili və Svetlana dünyaya  gəlib. Vasili Böyük Vətən müharibəsi illərində general-leytenant kimi SSRİ-nin müxtəlif nöqtələrinin, eləcə də Moskvanın havadan müdafiəsində böyük xidmətlər göstərib. Stalinin vəfatından sonra həbs olunan Vasili 1960-cı ildə azadlığa çıxsa da,  çox yaşamıb. Elə həmin il də dünyasını dəyişib. Qızı isə məcburiyyət qarşısında qalaraq, 1967-ci ildə Amerika səfirliyindən siyasi sığınacaq istəyərək, orada yaşayıb.

Yazının qəhrəmanı olan Nadejda Alliluyeva Bakıda anadan olub.  Nikita Xruşşovla eyni kursda oxumuş xanım aktiv ictimai şəxs kimi “İnqilab və mədəniyyət” jurnalı, “Pravda” qəzeti ilə yaxından əməkdaşlıq edib. Bu xanımın Stalinlə 14 il birgə yaşaması və sonda intihar edərək özünü öldürməsi barədə yuxarıda məlumat verdik. 

Araşdırmaçı jurnalist İlham Cəmiloğlu  Nadejdanın necə intihar etməsi və bu intiharın səbəbləri barəsində çox maraqlı qeydlərlə çıxış edib. Onun da fikrincə, Nadejdanı məhz Stalinin qəddarlığı məhv edib:

“Stalinin qəddarlığı ailədə də hökm sürüb və o öz həyat yoldaşına qarşı da amansız olub. 1932-ci ilin noyabrın 8-də Nadejda Alliluyeva “Valter” tapançası ilə özünü güllələyib. İntihara səbəb bir gün əvvəl Voroşilovun mənzilində ziyafət zamanı aralarındakı kiçik mübahisə olub. Nadejda Alliluyeva mübahisədən sonra ziyafəti tərk edərək evə qayıdıb, Stalin isə bağa gedib. Gecə Nadejda bir neçə dəfə Stalinə zəng vursa da, o, bu zənglərə məhəl qoymayıb.

Müəmmalı olümlə bağlı digər versiyalar da mövcuddur. Hətta deyilir ki, Nadejda Alliluyevanı elə Stalinin yanında Budyonnı güllələyib. 

Digər bir versiyaya görə Stalin qısqanclığa görə köməkçisinə əmr edib ki, Nadejdanı güllələsin. Daha bir versiya isə Nadejda Alliluyevanın xəstəliyi, dözülməz baş ağrılarından əziyyət çəkməsi olub. Onun ölümündən sonra otağından yazılmış məktub tapılıb. Bu məktubda şəxsi hisslərdən çox, hakimiyyət haqqında ittihamlar öz əksini tapıb. Stalin məktubda yazılanlardan belə qənaətə gəlib ki, Nadejda Alliluyeva üzdə özünü dövlətə yaxın bir insan kimi göstərsə də, o, daxilən hələ lap gənc yaşlarından Stalinə və onun rəhbərlik etdiyi dövlətə müxalif mövqedə olub. Dəfn günü həyat yoldaşı ilə sonuncu görüş üçün Stalin tabuta yaxınlaşanda, qəfil fikrini dəyişib, əlinin arxası ilə tabutu itələyib, geri qayıdıb.”

Diktator xanımı barəsində daha bir maraqlı fakt isə onun guya, Bakıda dəfn olunması ilə bağlıdır. Amma məsələ barəsində əlaqə saxladığımız bir neçə tədqiqatçı birmənalı olaraq bu faktı təkzib etdi.

“Stalinin bir neçə həyat yoldaşı olub. Rəsmi məlumatlara görə, onun rəsmi nigahda olduğu həyat Yekaterina Svanidze olub. Ancaq Stalinin bir xüsusiyyəti olub. Gəncliyindən, emosionallığından, Qafqaz qanının daşıyıcısından irəli gələrək, qadın cinsinə ehtirası, marağı çox olub. Harada sürgündə olurdusa, orada bir xanımla tanış olmalı idi. Sonrakı mərhələlərdə həm Rusiya, həm də Azərbaycan tədqiqatçıları bu barədə araşdırma aparıb. Mən özüm də “Kreml rəhbərlərinin psixoloji portretləri” adlı kitabımın Stalinlə bağlı bölməsində bu məsələni  müəyyən qədər açmışam. Onun ikinci həyat yoldaşından Svetlana Alliluyeva adlı bir qızı var. Ancaq Stalin yetərincə qadın aludəçisi olduğundan, mənbələrə görə, onun rəsmi bildiyimizdən artıq övladları olub. Birinci nikahından xanımı Yekaterina Svanidze Stalinin inqilabçı dostunun bacısı olub. Onunla da həyat qurub. İkinci nikahdan olan qadınının  qəbrinin Bakıda olub-olmaması haqda məlumat yoxdur. Heç mən buna inanmıram. Ola bilər ki, burada qaldığı müddətdə hər hansı xanımla yaxın ünsiyyətdə olub”.

Adıgözəl Məmmədovun dediklərində böyük bir həqiqət var. Bütün diktatorlar kimi qadına xüsusi simpatiyası olan Stalinin Bakıda işlədiyi vaxt bəlkə də evləndiyi, sonradan isə asanlıqla tərk etdiyi bir qadın hazırda Bakının hansısa məzarlığında uyuyur. Çünki tarix həmişə diktatorların əməlləri üzərinə qalın bir yorğan örtür...

P. S Aşağıdakı fotoda Stalinin qucağındakı öz qızı Svetlanadır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024