Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-12-2017, 20:00)
Müdafiə naziri cəbhəboyu hərbi tibb müəssisələrində - FOTO

Müdafiə naziri cəbhəboyu hərbi tibb müəssisələrində - FOTO

 

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Bu barədə Mediatv.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov onlara Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini çatdırıb.

Sonra hərbi qulluqçulara dövlətimizin başçısı adından bayram sovqatları təqdim olunub.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025