Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-11-2017, 21:00)
Deputatlar Milli Məclisə ayrılan vəsaitin artırılmasını istəyiblər

Deputatlar Milli Məclisə ayrılan vəsaitin artırılmasını istəyiblər

 

Milli Məclisinin bu gün keçirilən iclasında deputatlar büdcədən parlamentə ayrılan vəsaitin azlığından şikayətləniblər.

Mediatv.az xəbər verir ki, APA-nın məlumatına görə, Milli Məclisin 2018-ci il üzrə büdcə müzakirələri zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, parlamentdə 125 deputat var, onlar xarici ölkələrdə təşkilatlarda təmsil olunur. 

Deputat qeyd edib ki, buna baxmayaraq, Prezident Administrasiyasının saxlanılmasına Milli Məclisdən 4 dəfə artıq vəsait ayrılıb: “Milli Məclis hakimiyyətin müstəqil qoludur. İndi bilmək istəyirəm ki, fərq nə ilə bağlıdır? Onlar daha çox ezamiyyətə gedir, yoxsa necə? Bu qədər fərq çox təəccüblüdür”.

Deputat Zahid Oruc da parlamentə ayrılan vəsaitin azlığından şikayət edib. O qeyd edib ki, parlamentin iclas zalında avadanlıqların yeni texnologiyalarla əvəzlənməsi üçün maliyyə ayrılması lazımdır: “Nazirlər Kabinetinin, Prezident Administrasiyasının sürücüləri Milli Məclisin sürücülərindən çox maaş alır. Xahiş edirəm bizim sürücülər də nəzərə alınsın. Bu fərq aradan qaldırılsın”.

Qeyd edək ki, büdcədən Milli Məclisə 2018-ci ildə 24 232 055 manat vəsait ayrılması nəzərdə tutulub. 

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024