Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-11-2017, 22:31)
Kürdəmirdə voleybol üzrə rayon birinciliyinə yekun vurulub

Kürdəmirdə voleybol üzrə rayon birinciliyinə yekun vurulub

 

Noyabr 7-də Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin idman zalında 9 - noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan idmanın voleybol növü üzrə rayon birinciliyinin final mərhələsi keçirilib. Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun 12 ümumtəhsil məktəblərinin voleybol komandaları iştirak ediblər. Final oyununda iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əmədov qarşıdan gələn Bayraq Günü ilə əlaqədar yarış iştirakçılarını təbrik etdi və idmançılara qələbə sevinci arzuladı. O, bildirdi ki, hər bir ölkə və xalqın dünya miqyasında tanınmasında idman və idmançıların da böyük əməyi var. İdmançılar əldə etdiyi qələbələrlə təmsil olunduğu dövləti başqa xalqlar arasında da tanıdır. Ümumiyyətlə, son 20-30 ildə xalqların tanıdılmasında idmanın çəkisi daha da artıb. Azərbaycan da bu mənada istisna deyil. Azərbaycan artıq çoxdandır idman ölkəsi olduğunu sübut edib. Ölkəmiz tanınmış idmançıları ilə fəxr edir. Çünki onlar dünya, Avropa miqyasında olimpiya oyunlarında qazandıqları möhtəşəm uğurlarla üç rəngli Azərbaycan bayrağını layiqincə göylərə qaldırıblar. Noyabr ayının 1-dən start götürən birinçilikdə komandalar qrup, yarımfinal və final mərhələsində yarışıblar. Oyunların nəticələrinə görə I yerə Atakişili kənd tam orta məktəbin voleybol komandası, II yerə Çöhranlı kənd tam orta məktəbin voleybol komandası və III yerə Dəyirmanlı kənd tam orta məktəbin voleybol komandası layıq görülüblər.

Yarışda fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom , kubok və hədiyələrlə mükafatlandırılıblar.

 

Kürdəmirdə voleybol üzrə rayon birinciliyinə yekun vurulub
Kürdəmirdə voleybol üzrə rayon birinciliyinə yekun vurulub
Kürdəmirdə voleybol üzrə rayon birinciliyinə yekun vurulub

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024