Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-10-2017, 16:30)
Bakıda "Prezident suit"lərdə neçəyə qonaqlamaq olar? – QİYMƏTLƏR

Bakıda "Prezident suit"lərdə neçəyə qonaqlamaq olar? – QİYMƏTLƏR

 

Bakıda ucuz hotellərlə yanaşı, dəbdəbəli və bahalı hotellər də fəaliyyət göstərir. Amma bu cür hotellər elə də çox deyil.

Mediatv.az Fins.az-a istinadən paytaxtda ən bahalı hotel nömrələrinin qiymətlərini təqdim edir.

“JW Marriott Hotel Absheron”

202 kvadratmetr sahəsi olan “Prezident suiti”ndə gecələmək 18 000 manatdır. Ayrı-ayrı vaxtlarda hoteldəki qonaqların sayından və sifariş vaxtından asılı olaraq bu qiymət dəyişə bilər. Nömrədə zal, yataq otağı, ayrıca mətbəx, 2 vanna otağı və bar var. 21-ci mərtəbədə yerləşən nömrədən dənizə gözəl mənzərə açılır.

“Pullman Bakı”

Hoteldə “Prezident suit” 3565 manatdır. Otaq 14-cü mərtəbədə yerləşir. Nömrədə 3 yataq otağı 1 qonaq otağı və bilyard zonası, həmçinin vanna otağı və cakuzi var. Ümumilikdə nömrənin sahəsi 374 kv.metrdir. Bu nömrədə qalanlar şəxsi mətbəxlə yanaşı, spa xidmətlərindən də istifadə edə bilərlər.

“Four Seasons Hotel Baku”

“Four Seasons”da “Prezident” kateqoriyalı iki nömrə var – “Liman Prezident” və “Xəzər Prezident”. Hotelin 8-ci mərtəbəsində yerləşən bu otaqlar dənizə açılan möhtəşəm mənzərəyə malikdir.

Otaqların ölçülərinə gəlincə, “Prezident” otaqlarının sahəsi 285 kvadratmetrdir. Burada çoxsaylı yataq, yemək və qonaq otaqları, bir neçə vanna otağı və digər yüksək səviyyəli rahatlıqlar nəzərdə tutulub. “Prezident suiti”nin öz trenajor zalı, türk hamamı və cakuzi otağı var. “Prezident suit”in qiyməti isə 9 min manatdır.

“Hilton Hotel Bakı”

Hotedlə “Prezident suit”in sahəsi 196 kv.metrdir. Nömrədə 1 qonaq otağı, yataq otağı və mətbəx var. Bundan başqa, gün ərzində qonağa şirniyyatlar və kofe, çay təklif olunur. Həmçinin spa xidmətlərindən də pulsuz istifadə mümkündür. Nömrənin qiyməti 3889 manatdır. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024