Cəmiyyət (4-10-2017, 22:05)
İraq Respublikasının ölkəmizdəki səfiri Doktor Raul Şuveyli Bakı Avrasiya Universitetinin qonağı olub.
Bu gün İraq Respublikasının ölkəmizdəki səfiri Raul Şuveyli və səfirliyin təhsil məsələləri üzrə katibi Seyidə Zinət Bakı Avrasiya Universitetinin qonağı olublar.
Səfiri səmimiyyətlə salamlayan Universitetin porektoru, f.ü.f.d.dos Nigar Hüseynli iki ölkə arasında mehriban əlaqələrin olduğunu və bu əlaqələrin təhsil sferasına da transformasiya etdiyini böyük məmmuniyyətlə qeyd edib.
İraq Respublikasının ölkəmizdəki səfiri Doktor Raul Şuveyliölkəmizi yaxından tanıdığını və sevdiyini qeyd edərək iki dövlət arasında əlaqələrin daha da genişlənməsi üçün əlindən gələni əsirgəmədiyini vurğulayıb. Ölkənin iqtisadi potensialının təhsil sahəsində də uğurlara zəmin yaratdığını vurğulayan səfir bu istiqamətdə təcrübəni dost Azərbaycanla paylaşmağa hər zaman hazır olduqlarını bildirib.
Görüş zamanı səfir elm və təhsil sahəsinə həssalıqla yanaşdığını deyib. Vurğulayıb ki, bunun əsas səbəbi gənc nəslin hər bir ölkənin gələcəyində mühüm payı olması ilə bağlıdır.
Görüşdə iştirak edən universitetin Beynəlxalq ələqələr üzrə prorektoru Səyavuş Qasımov səfirə təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verib. Universitetin beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirən prorektor müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırıb və universitetdə tərcümə ərəb dili,o cümlədən Regionşünaslıq (yaxın və orta şərq) ixtisaslarının tədris olunmasını əsas gətirərək ərəbşünaslıq mərkəzinin yaradılmasının vacibliyini səfirin diqqətinə çatdırıb.
Görüşdə tərəflər daha sonra təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi də aparıblar.
