Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-10-2017, 13:30)
Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

 

Bakıda fəaliyyət göstərən kitab satışı məntəqələrində məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulan dərsliklərin saxta variantları satışa çıxarılıb.

Mediatv.az  xəbər verir ki, bu barədə Report-a valideynlərdən biri məlumat verib. 

Belə ki, "28 may" metrosunun çıxışı ilə üzbəüz olan “Student” kitab evindən alınan, 2017-2018-ci tədris ili üçün “Çaşıoğlu” mətbəəsində nəşr edilən, lakin sonradan surəti çıxarılan məktəbəhazırlıq qrupları üçün təlim vəsaitində şəkillər və yazılar keyfiyyətsiz olub. Ekspertlər bu cür kitabların uşaqların səhhətinə zərər vurduğunu deyirlər. Dərsliklərin orijinalı və saxtasının qiyməti eynidir: 16,80 manat.

Məktəbəhazırlıq vəsaiti standartlar və kurikulum əsasında hazırlanıb və Təhsil Nazirliyinin xüsusi əmri ilə buna icazə verilib. "Məktəbə hazırlaşırıq" adlı vəsaitdə 5 kitab yer alıb.

Kitabın giriş hissəsində o da qeyd olunub ki, xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir. Dərs vəsaitlərinin ümumilikdə qiyməti 16 manat 80 qəpikdir. 

Saxta dərsliklər Bakıxanov stansiyasının yaxınlığındakı “Zəka” kitab evində və digər bir sıra kitab mağazalarında da satılır.

Təhsil eksperti Kamran Əsədov Report-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda kitab və məktəb ləvazimatları arasında kifayət qədər çox pirat, standartlara cavab verməyən məhsullar var: “Bir çox hallarda ayrı ayrı şəxslər, mətbəələr yeni nəşr olunan, daha çox ehtiyac və tələbat olunan vəsaitləri qeyri-qanuni əsaslarla çap edib, satışa çıxarırlar. Bu məsələ nə qədər hüquqi aspektdə həll olunmalı olsa da, hesab edirəm ki, bizneslə məşğul olan şəxslərin milli hissləri, vətəndaş mövqeyi olmalıdır. Çünki standartlara cavab verməyən vəsaitlərdən istifadə etmək istifadəçilərin sağlamlığına ciddi şəkildə zərər vura bilər. Onlarda görmə qabiliyyətinin itirilməsi halları baş verə bilər”.

“Bu kimi halların aradan qaldırılması üçün tədbirlər görülür, amma yetərli deyil”, - deyən K.Əsədov qeyd edib ki, bəzi hallarda daha çox tələbatın olduğu vəsaitləri pirat, saxta formada elə nəşriyyatların özləri gəlir əldə etmək üçün edirlər: “Onlar əvvəlcə həmin vəsaitləri məktəblər və ictimaiyyət üçün az sayda yüksək səviyyədə çap edirlər, sonra isə tələbatın artmasını nəzərə alaraq, aşağı keyfiyyətli məhsulu çap edib, satışa çıxarırlar”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024