Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-10-2017, 10:23)
Azərbaycanda yeni medal təsis edilir – FOTO

Azərbaycanda yeni medal təsis edilir – FOTO

 

"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.

Mediatv.az  Trend-ə istinadla xəbər verir ki, "Azərbaycan Polisinin 100 illiyi" medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcəklər.

Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" yubiley medalından sonra taxılır.

Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, diametri 37 mm və şüaları olan 8 guşəli lövhədən ibarətdir.

 

Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

 

Azərbaycanda yeni medal təsis edilir – FOTO

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025