Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-09-2017, 17:30)
Kürdüstana dəstək verən məmur: Füzuli nə deyibsə, odur

Kürdüstana dəstək verən məmur: Füzuli nə deyibsə, odur

 

"Məni işdən çıxarmayıblar, işdəyəm və öz işlərimlə məşğulam".

Mediatv.az  xəbər verir ki, bunu Report-a Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyev deyib.

Şöbə müdiri bildirib ki, işdən çıxarılması ilə bağlı yayılan məlumat yanlışdır: "Qaçqın rayonuq, hər kəsin öz işi var. Bir yanlışlıq olub. Məgər bu yanlışlığa görə cavabdeh ümumi rayon və ya ümumi ölkədir? Adam heç öz doğma balasına cavabdeh ola bilmir. Mənim işdən çıxarılmağımla bağlı məlumatlar da yanlışdır. Nə çıxarmaq? Mən adam öldürüb, cinayət törətməmişəm, rüşvət alıb, korrupsiyaya bulaşmamışam ki, işdən çıxarsınlar. Əgər yenə də çıxaracaqlarsa, dövlətimiz sağ olsun. Mən hər zaman demişəm, əgər etimadı doğrultmamışamsa, bu, mənim səhvimdir. O sözü ki üizuli deyir, o sözü ki, Füzuli danışır, gerisi yoxdur. Füzuli nə deyibsə, odur. Bu gün də mən burdayam, bu gün də mən işdəyəm və öz işlərimlə məşğulam".

Laçın RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova deyib ki, Hüquq şöbəsinin müdiri ilə bağlı hər hansı cəza tədbiri görülməyib: “İcra hakimiyyətinin başçısı Aqil Nəzərli də açıqlamasında deyib ki, məsələ ilə bağlı lazımi ölçü götürüləcək. Hələlik belə bir şey yoxdur”.

Qeyd edək ki, F.Tanrıverdiyev özünün "Facebook" profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti "Facebook"da və mətbuatda ciddi tənqid olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025