Cəmiyyət (20-09-2017, 15:55)
BSU daha iki xarici universitetlə əməkdaşlığa başladı
Artıq üç gündür ki, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və universitetin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, fil.ü.f.d., dosent Yaşar Alxasov Çerniqov Milli Texnologiya Universitetinin rəhbərliyinin dəvəti ilə bu şəhərdə işgüzar səfərdədir. BSU nümayəndələrini Çerniqov Milli Texnologiya Universitetinin rektoru və elmi işlər üzrə prorektor qarşılamış, proqram barədə qonaqlara ətraflı məlumat vermişlər. Azərbaycan nümayəndələri səfərin ikinci günü “Art dvor” sosial layihəsinin təqdimatında iştirak etmiş və yerli mətbuata müsahibələr vermişlər.
BSU nümayəndələri dünən Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Mədəni-Tədris Mərkəzinin və ÇMTU (Çerniqov Milli Texnologiya Universiteti) nəzdində Bazar Günü Azərbaycan Məktbinin açılışında iştirak etmişlər. Həmin tədbirdən sonar Bakı Slavyan Universiteti (BSU) ilə Çerniqov Milli Texnologiya Universiteti (ÇMTU) arasında əməkdaşlıq haqqında müqavilə və BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq barədə memorandum imzalanmışdır.
