Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-09-2017, 10:56)
Siyəzən sakini yaxınına qeyri-adi baş daşı düzəltdirdi

Siyəzən sakini yaxınına qeyri-adi baş daşı düzəltdirdi

 

Qəbirlərin üzərinin düzəldilməsi zamanı dəbdəbəyə və israfa yol verilməsi ilə bağlı dəfələrlə xəbərlər təqdim etmişik. Ancaq bu dəfə bir Siyəzən sakininin öz yaxınına başdaşı qoydurarkən atdığı nümunəvi addıma diqqət çəkəcəyik. Bu rayonda bir nəfər vəfat edən yaxınının başdaşında şəkil qoydurmayıb və yalnız ölənin kimliyi ilə bağlı məlumatları qeyd etdirib. Qəbirüstü abidəni də olduqca sadə düzəltdirib. İlahiyyatçılar belə başdaşının islami qaydalara daha uyğun olduğunu deyirlər.

Mediatv.az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, başdaşının üzərində şəkil yoxdur və yalnız vəfat edən adamla bağlı məlumatlar yazılıb. Bir də ziyarətçilərdən "Fatihə" surəsinin oxunması istənir.

İnsanların bir çoxu qəbir daşlarının hazırlanmasında həddən artıq dəbdəbəyə və israfa yol verilməsinə qarşıdırlar.

İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, başdaşında yalnız vəfat edən adamın məlumatlarının qeyd olunması islami qaydalara daha çox uyğundur.

Onun sözlərinə görə, insanlar məzarı dəbdəbəli etməkdənsə, həmin vəsaiti ehtiyacı olanlara versələr, daha faydalı iş görmüş olarlar.

Şəkilli başdaşlarının qoyulmasının geniş yayıldığı bir vaxtda Siyəzən sakininin bu addımını, əslində, cəsarətli təşəbbüs də adlandırmaq olar. Bu təşəbbüs geniş kütlələr tərəfindən də mənimsənilsə, qəbiristanlarda israfın azalmasına nail olmaq mümkün olar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024