Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-08-2017, 16:16)
Tale Bağırzadə həbsxanada döyülüb? – AÇIQLAMA

Tale Bağırzadə həbsxanada döyülüb? – AÇIQLAMA

 

“Son günlər bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin həbsxanasında saxlanılan, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə və s. cinayətlərə görə Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12, 29; 120.2.3,29; 120.2.4,29; 120.2.7,29; 120.2.12- ci maddələri ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bağırov Tale Kamil oğlunun işgəncələrə və qeyri-insani rəftara məruz qalması, həyatının təhlükə altında olması, qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yer alıb”.

Mediatv.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkum Tale Bağırov telefon danışıqlarından istifadə edir: “O, hüquqlarını müdafiə edən vəkili və ailə üzvləri ilə görüş imkanına malikdir. Şəxsi təhlükəsizlik hüququ qanunvericiliyə uyğun tam təmin olunur, səhhətində problemlər mövcud deyil, qeyri-qanuni hərəkətlərə və ya pis rəftara məruz qalmayıb. Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı məhkumlar ətrafında ajiotaj yaratmaqla, mənafelərinə xidmət edən bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin məhkumların gündəmdə saxlanılmasına səy göstərirlər”.

Məlumatda həmçinin qeyd olunur ki, bütün penitensiar müəssisələrdə xüsusi kontingentin saxlanılması, maddi-məişət şəraiti, azadlıqdan məhrum edilmiş və təqsirləndirilən şəxslərin hüquqları qanunvericiliyin tələblərinə uyğun təmin edilir: “Məhbusların saxlanılması, qidalanması, asudə vaxtlarının səmərəli keçirilməsi və cəza-icra qanunvericiliyində nəzərdə tutulan hüquqları ölkə rəhbərliyinin humanist addımları sayəsində son illər ərzində dəfələrlə yaxşılaşdırılıb”.

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024