Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-07-2017, 11:12)
Nazir əmr imzaladı

Nazir əmr imzaladı

 

 

 

Uzun müddət təhsildən kənarda qalmış şəxslər yada düşdü.

Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə təhsil naziri əmr verib.

Mediatv.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Mikayıl Cabbarov uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”yə əsasən əmr verib.

Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2017-2018-cı dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilib.

Bu tədris planı təhsil nazirinin 29 may 2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilən  “Fərdi təhsilin təşkili haqqında Qaydalar”a uyğun olaraq, uzun müddət təhsildən kənarda qalan şəxslərin təhsilinin təşkilini tənzimləyir.

Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin metodkabineti tərəfindən hazırlanıb təsdiq olunacaq. Dərslər həftədə 4 gün müəyyən olunub. Dərs məşğələlərinin müddəti isə 45 dəqiqədir. 

Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

Əmrin icrasına nəzarət isə nazir müavini Ceyhun Bayramova həvalə olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024