Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-06-2017, 17:41)
Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək

 

 

Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək

 

Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi elm və təhsildəki yeni ideyaları dəstəkləyəcək.

Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, İnnovasiyalar Mərkəzinin yaradılmasında əsas məqsəd dünyada mövcud olan müxtəlif innovasiyaları mənimsəmək, onları universitetə gətirmək, təşəbbüsləri müxtəlif istiqamətlər üzrə tətbiq və inkişaf etdirmək, həmçinin sənaye sahələrinə tarnsfer etməkdən ibarətdir.

Qeyd edilib ki, İnnovasiya Mərkəzinin fəaliyyətə başlaması ilə universitet ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, həm də biliklərə əsaslanan məhsul istehsalçısına çevriləcək.

Universitetin əsas binasında fəaliyyətə başlayacaq İnnovasiya Mərkəzində müasir şərait yaradılıb, şöbələr zəruri inventarla və informasiya kommunikasiya texnologiyaları ilə təmin edilib.

Mərkəzdə fəaliyyət göstərən kadrlar da müəyyənləşib. Mərkəzin əməkdaşları ABŞ-da, İtaliyada, Yunanıstanda, eləcə də digər Avropa ölkələrində təhsil alan gənclərdən formalaşdırılıb.

Tezliklə fəaliyyətə başlayacaq mərkəzdə 8 şöbə və 1 laboratoriya elm-təhsil araşdırmaları ilə məşğul olacaq.

İnformasiya resurslarının formalaşması şöbəsi – bu istiqamətdə təminatın yaradılması və istifadəsi iləməşğul olacaq.

Starteji təhlil, qiymətləndirmə və monitorinq şöbəsi - universitetin təhsil-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməsi üçün mütəmadi işlər aparacaq, ali məktəblərlə bağlı yerli və beynəlxalq təcrübələri öyrənərək innovativ təkliflər hazırlayacaq. Eyni zamanda universitetdə keyfiyyətin daxili monitorinqi və qiymətləndirmə mexanizmlərinin yaradılması məqsədilə təkliflər verəcək, innovasiyalarla bağlı olaraq mütəmadi təhlillər aparacaq və proqnozlar dərc edəcək.

İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsi – daxili və xarici texnologiya transferi bazarındakı potensialı dəyərləndirəcək, tədqiqat sahəsində əməkdaşlığı və maliyyə vəsaitlərini araşdıracaq. Yerli və xarici elmi-tədqiqat müəssisələri, kommersiyalaşdırma mərkəzləri arasında innovasiya texnologiyaları üzrə informasiya mübadiləsinin təşkil edəcək. Universitet ilə istehsalat və biznes sahələri arasında strateji əməkdaşlığın yaradılması da bu şöbənin gələcək funksiyalarına daxil olacaq.

Layihələrin idarə edilməsi şöbəsi – müxtəlif layihələrin hazırlanması, idarə edilməsi və istiqamətləndirilməsini həyata keçirəcək. Bu şöbədə layihə riskləri araşdırılacaq və idarə ediləcək. Donorlar araşdırılacaq və onlarla əlaqələr qurulucaq. Yerli və beynəlxalq layihələrdə, konfrans və sərgilərdə iştirak təmin olunacaq. Layihələrin hazırlanması üçün yeni qruplar hazırlanacaq.

Əqli mülkiyyət şöbəsi – patent və lisenziyalaşdırma, məsləhətləşmələr və qısa müddətli treninqlərlə məşğul olacaq.

Həmçinin İnnovasiyalar Mərkəzindəki İKT, Xarici əlaqələr, Nəşriyyat şöbələri və İnformasiya və kompüter xidməti laboratoriyası funksional təyinatı üzrə universitetdə aparılana elmi araşdırma işlərinə öz töhfəsini verəcəkdir.Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək
Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək
Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək
Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək
Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək
Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək
Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək
Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək
Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək

шаблоны для dle 11.2

Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025