Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-06-2017, 16:23)
Sumqayıtdakı qəbiristanlıqda 5-6 nəfər üst-üstə basdırılıb

Sumqayıtdakı qəbiristanlıqda 5-6 nəfər üst-üstə basdırılıb

 

Qəbir daşları ölən şəxsin yerinin müəyyən edilməsi, mütəmadi olaraq yad edilməsi üçün olduqca vacib amillərdəndir. Məzar daşları özlüyündə həm də tariximizi əks etdirir.

Mediatv.az ARB 24-ə istinadən xəbər verir ki, Sumqayıtdakı şəhər qəbiristanlığında qəribə vəziyyət yaranıb. Məsələ ondadır ki, buradakı baş daşlarının bəzilərində dünyasını dəyişən şəxslə bərabər digər iki və ya üç nəfərin də şəkilləri həkk olunub. Bu da öz növbəsində sakinlər arasında çaşqınlıq yaradır.

Qəbiristanlıqda 30-a yaxın bu cür baş daşlarını müşahidə etmək olar. Araşdırma zamanı məlum oldu ki, bu, əsasən, dəfn olunan şəxslərin yaxınlarının istəyi ilə düzəltdirilib.

Bu kimi hallar dini baxımdan da məqbul hesab edilmir. İlahiyyatçıların fikrincə, bir baş daşında nəinki iki və üç, hətta bir şəklin olması belə düzgün deyil.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən deyirlər ki, hazırda bu sahədə  xaotik vəziyyət hökm sürür. Belə hallar yalnız Sumqayıtda deyil, digər  regionlarda da müşahidə olunur. Bununla  bağlı qanunvericilikdə müəyyən boşluqlar var.

Komitədən verilən məlumata görə, layihə qəbul olunduqdan sonra dəfnlər yeni yaradılan, eləcə də, mövcud olan bütün qəbiristanlıqlarda vahid qaydada və formada həyata keçiriləcək. Qaydalar qəbul edildikdən sonra heç kim bahalı məzar daşları, heykəl və abidələr qoya bilməyəcək. Qəbiristanlıqların yaradılması, idarə olunması, dəfn və məzarların qeydiyyatı məsələləri, eləcə də, qəbir daşlarının eyni ölçüdə və formada hazırlanması qanunla tənzimlənəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025