Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-06-2017, 22:52)
Ədliyyə Naziri Fikrət Məmmədovdan I vitse - Prezidentə ŞİKAYƏT

Redaksiyamıza Bakı şəhəri, Sabunçu  rayon Ramanı qəsəbəsi, Ə Bağırov 58-də yaşayan İsmayılov  Rahib  Vəli oğlunun Azərbaycan Respublikasının birinci vitse-prezident Mehriban Əliyevaya müraciəti daxil olub məktubunu olduğu kimi təqdim edirik:

 

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

 

MÜRACİƏT

 

Möhtərəm Birinci Vitse-Prezident!

İftixar hissi ilə qeyd etmək lazımdır ki, müasir Azərbaycan Respublikasının Dövlətçilik tarixinin şanlı səhifələrinin böyük bir hissəsi məhz Mehriban xanım Əliyeva tərəfindən yazılmışdır.

Eyni zamanda bu ad Azərbaycan vətəndaşı ilə yanaşı olaraq mütərəqqi bəşəriyyət üçün də ədalət və humanizmin simvolu kimi qəbul edilməkdədir.

Lakin Azərbaycan vətəndaşına qanunverici amillərdən biri də odur ki, nə tarixin əvvəlki dövrlərində, nə də müasir dünya tarixində elə bir qadın dövət xadimi, siyasətçisi, ictimai xadimi yoxdur ki, Mehriban xanım qədər beynəlxalq təşkilatların və ya ayrı-ayrı dövlətlər tərəfindən təsis edilmiş ali mükafatlarla təltif edilmiş olsun.

Bu dəyər Mehriban xanımın dünya çapında tutduğu mövqeyinin əsas göstəricisidir.

Azərbaycan Respublikasında isə elə bir vətəndaş yoxdur ki, Mehriban xanımı böyük qayğısından bəhrələnməmiş olsun.

Hazırda isə hörmətli Mehriban xanım daha böyük bir məsuliyyəti öz üzərinə götürüb. Həqiqətən də bu gün Mehriban xanımın icra etdiyi dövlət vəzifəsi Azərbaycan xalqının böyük əksəriyyətinin sevincinə səbəb olmaqla, ümidlərinin daha da artmasına səbəb olmaqla yanaşı, bir çox vəzifə mövqeyindən sui-istifadə edənlərin, rüşvətxorların, əli əyrilərin, bürokratların, eyni zamanda vətəndaşların konstitusiya hüquqlarını təmin etməklə düşmən siyasətinə nökərçilik edənlərin də ürəklərinə vahimə, qorxu salmaqdadır.

Sadə vətəndaşlar, dövlət idarələrində süründürməçiliyə, bürokratizmə məruz qalan, konstitusiya hüquqları təmin olunmayan vətəndaşlar artıq inanırlar ki, cənab Prezidentin ən yaxın silahdaşı, məsləkdaşı olan Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyən hörmətli Mehriban xanım Əliyeva, möhtərəm Birinci Vitse-prezident süründürməçiliyə, bürokratiyaya, vəzifə mövqeyindən sui-istifadə hallarına məruz qalan insanların mənafeyini müdafiə edəcək və belə hallara yol verən  məmurlara qarşı da öz şərəf və dönməz mövqeyini göstərəcəkdir.

Mən də məhz bu amili əsas gətirərək möhtərəm Birinci Vitse-Prezidentə, hörmətli Mehriban xanım Əliyevaya müraciət etməyi qərara aldım.

Möhtərəm Birinci Vitse-Prezident!

İlk öncə özüm haqqında məlumat verim ki, Qəbələ rayon Mıxlıqovaq kəndində ziyalı ailəsində böyümüşəm. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan atam və həyat yoldaşım məktəb direktoru olduğuna baxmayaraq kolxoz tarlasında ağır əməklə məşğul olan anam öz övladlarını Vətənə və əməyə məhəbbət ruhunda böyütmüşlər.

Özüm iki ali təhsil almış və müxtəlif dövlət vəzifələrində çalışmışam.

2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. 11 (on bir) kitabım işıq üzü görüb. Qızıl qələm mükafatı laureantıyam.

2014-cü ildə ilin ən nüfuzlu ziyalısı adına layiq görülmüşəm.

2013-cü ildən Prezident təqaüdü alıram.

2013-cü ildə  cənab Prezidentin sərəncamı ilə Yazıçılar Birliyi üçün tikilmiş binada ev ilə təmin edilmişəm.

15 ildən çoxdur ki, 26, 27, 28-ci seçki dairələrində komissiya üzvü olmuşam.

Eyni zamanda 10 ildən çoxdur ki, Həmkarlar İttifaqı sahəsində fəaliyyət göstərmişəm.

İşlədiyim dövrdə çalışmışam ki, bütün potensialımı Vətənimin, Dövlətimin inkişafına sərf etdim.

Çalışmışam ki, cənab Prezidentin, eyni zamanda hörmətli Mehriban xanımın apardıqları məqsədyönlü və müdrik işdə az da olsa öz payımı verim.

Lakin təəssüf ki, bəzən çox böyük etimad göstərilmiş və mühüm dövlət vəzifələr etibar edilmiş, bəzi vəzifə sahibləri öz vəzifə mövqeyindən sui istifadə edərək vətəndaşların konstitusiya ilə təminat verilmiş hüquqlarına qəsdən maneçilik törədərək vətəndaşları dövlətdən narazı salmağa çalışaraq düşmən siyasətinin nökərinə çevrilirlər.

Və mən də bir neç vaxtdır ki, belə bir məmur süründürməçiliyinə, məmur özbaşınalığına məruz qalmışam.

Məlumdur ki, rəhbərliyində cənab Prezident və hörmətli Birinci Vitse-Prezident kimi xalqı üçün, Dövləti üçün hər şey edən və məqsədləri Azərbaycan xalqının maddi-rifahlarını durmadan yüksəlməsi olan Azərbaycan Respublikasında bütün fəaliyyət növləri üçün münbit şərait və qanunvericilik bazası yaradılmışdır.

Ancaq cənab Prezidentin və hörmətli Birinci Vitse-Prezidentin mövqeyinə zidd olaraq, yəni bu mövqeyə düşmək münasibətlərdə dayanan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Hüquqi şəsxlərin dövlət qeydiyyatı və Dövlət Reyestri xidmətinin ən yüksək məmurları 17 aydır ki, məni və digər təsisçilər süründürməçiliyə məruz qalmaqdadırlar.

Mən yuxarıda qeyd etmişdim ki, 2007-ci ildən Həmkarlar İttifaqı sistemində çalışmış, rəhbərlik etdiyim təşkilat fəaliyyət dövrü ərzində şəffaf fəaliyyət göstərməklə bərabər, çox böyük nailiyyətlər də əldə etmişdim.

Hazırda isə mən və bir neçə şəxs toplaşaraq yeni bir hüquqi şəxs – “Kiçik və orta sahibkarlıq işçilərinin Həmkarlar İttifaqı Birliyi” adlı təşkilat yaratmaq qərarına gəldik.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45, 50 “hüquqi şəxsləri dövlət qeydiyyatı və dövlət reyestr haqqında” Azərbaycan Respublikası qanununun 4.1.; 4.2; 5.1; 5.2; 5.3; 5.3.3; 5.4.1.; 5.4.5 maddələrini əsas tutaraq qanunvericilikdə nəzərdə tutulmuş sənədlər “2015-ci ilin yanvar ayında Azərbaycan Respublikası Ədliyyət Nazirliyi yanında Dövlət qeydiyyatı və notariat” baş idarəsinə göndərdik.

Əsil süründürməçilik və bürokratiya da bundan sonra başlanıldı.

Bu müddət ərzində dəfələrlə Ədliyyə Naziri müavini Toğrul Musayevin, idarə rəisi İlqar Məmmədovun və digər vəzifəli şəxslərin qəbulunda olduq.

Lakin hələ də heç bir müsbət nəticəyə nail ola bilməmişik.

Ən qəribəsi odur ki, bu məmurlar hiss etmişlər ki, ən böyük məmurlar belə işlərdə verdikləri ciddi nöqsanlara görə dövlət rəhbərliyinin  sərt qəzəbinə rast gəlmiş və acınacaqlı vəziyyətə düşmüşlər.

Ancaq bu hallar adlarını çəkdiyim qurumda təmsil olunan məmurlara təsir etmir ki, etmir.

Ancaq mən inanıram ki, nəhayət, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti bürokratların, Azərbaycan dövlətçiliyinə mane olmaq istəyən süründürməçilərin vəzifə mövqeyindən sui-istifadələrinə, bürokratizmə son qoyacaq.

Birinci Vitse-Prezident, hörmətli Mehriban xanım Əliyeva.

Mənim və ətrafımda yığılmış şəxslərin axırıncı ümidi yalnız və yalnız zat-alilərimizdir.

Bizim təsis etdiyimiz təşkilatının Notariat və Qeydiyyat Baş İdarəsində qeydiyyatdan keçməsinə öz köməyinzi əsirgəməyinizi xahiş edirik.

 İmza:                                 İsmayılov R.V.

шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024