Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-04-2017, 16:53)
“MDB ÖLKƏLƏRİNİN AQRAR-SƏNAYE KOMPLEKSİ ÜÇÜN BİTKİ MÜHAVİZƏSİ VƏ KADR HAZIRLIĞI” PROBLEMİ ÜZRƏ APARICI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ REKTORLAR ŞURASININ GƏNCƏDƏ İKİNCİ İCLASI OLUB

 “MDB ÖLKƏLƏRİNİN AQRAR-SƏNAYE KOMPLEKSİ ÜÇÜN BİTKİ MÜHAVİZƏSİ VƏ KADR HAZIRLIĞI” PROBLEMİ ÜZRƏ APARICI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ REKTORLAR ŞURASININ GƏNCƏDƏ İKİNCİ İCLASI OLUB

 

2003-cü ilin aprel ayında K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında keçirilən MDB ölkələri ali aqrar təhsil müəssisələri rektorlarının beynəlxalq konfransında rektorlar şurası yaranıb. Şuranın əsas məqsədi ali və ali təhsildən sonrakı peşə təhsilinin inkişafı, beynəlxalq təhsil məkanına inteqrasiyanın təsiri, tədris prosesinin, elmi işin, elmi-pedaqoji kadrların və digər işçilərin ixtisasının artırılması, fasiləsiz təhsil sisteminin təkmilləşdirilməsi, Birliyin sosial-iqtisadi və mədəni inkişafına ali məktəbin təsirinin gücləndirilməsi məsələləri üzrə ali aqrar təhsil müəssisələrinin fəaliyyətinin koordinasiya edilməsindən ibarətdir. Şuranın iclasları hər il  üzv ökələrin birində keçirilir.

ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən  Şuranın 10 illik yubiley iclası 2013-cü ilin aprel ayında Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib. Növbəti iclas isə bu il aprelin 19-21 tarixlərində yenidən Azərbaycan Dövlət Aqrar Universitetində keçirildi. Yəni, artıq sayca şuranın ikinci iclası Gəncədə baş tutur. Şuranın iclasında iştirak etmək üçün MDB-nin 7 ölkəsindən 22 nümayəndə, ali məktəb rektorları, prorektorlar, professorlar Gəncəyə gəlib. İclasa həmçinin Kənd Təsərrüfatı Nazirliyinin, Elmi-tədqiqat institutlarının nümayəndələri, fermerlər və alimlər dəvət edilib.

Aprelin 19-da qonaqlar Gəncənin görməli yerləri, ADAU-nun tədris korpusları ilə tanış olublar.

Aprelin 20-də Heydər Əliyev Mərkəzində baş tutan iclasdan əvvəl qoaqlar Ulu öndərin abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər.  İclası ADAU-nun rektoru, rektorlar şurasının icraçı sədri, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Gəncə Şəhər İcra Hakimiyyətini Başçısının müavini Sevda Qurbanəliyeva  Şura iclasının iştirakçılarını salamlayıb  və çıxış edib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov, şura iclasının iştirakçılarına Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun təbrikini çatdırıb.

Rektorlar Şurasının icraçı sədri İbrahim Cəfərov  şuranın tərkibində dəyişikliklər haqqında (Rusiya Dövlət Aqrar Universiteti (RDAU) - K.A.Timiryazev adına MKTA və Moldova Dövlət Aqrar Universiteti) məlumat verib. Şura iclasında Rusiya Dövlət Aqrar Universitetinin prorektoru Yevgeniy Koşkin, Rusiya Dövlət Yerquruluşu Universitetinin rektoru Sergey Volkov, Qazaxstan Milli Dövlət Aqrar Universitetinin rektoru Tlektes Yespolov, Qırğızıstan Milli Aqrar Universitetinin rektoru Rısbek Nurqaziyev, Moldova Dövlət Aqrar Universitetinin rektoru Liviu Volkonoviç, Tacikistan Dövlət Aqrar Universitetinin rektoru Amonulla Salimzoda, Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyasının prorektoru Mixayil Volkov, Rusiya Dövlət Aqrar Universiteti bitki mühafizəsi  laboratoriyasının müdiri, professor Fevzi Cəlilov, MDB İqtisadi Əməkdaşlıq Departamentinin direktor müavini Ələddin Quluzadə, Ümumrusiya karantin mərkəzinin direktor müavini Yevgeni Mazurin, Kabardin-Balkar Aqrar Universitetinin prezidenti Muhamməd Şahmurzov bitki mühafizəsi sahəsində mütəxəssis hazırliği ilə əlaqədar məruzələr ediblər. Rektorlar şurasının iclasına qonaq qismində Miçurinsk Dövlət Aqrar Universitetinin rektoru Vadim Babuşkin,Ukrayna Milli Bioresurslar və Təbiətdən İstifadə Universitetinin rektoru Stanislav Nikolayenko dəvət ediliblər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət fitosanitar nəzarəti xidmətinin rəisi Camal Quliyevin “Azərbaycan Respublikasında fitosanitar problemlərin həllində yeni yanaşmalar” mövzusunda, HH Group” şirkətlər qrupunun prezidenti Hüseyn Hüseynovun “Fermer təsərrüfatlarında bitki mühafizəsinin mövcud vəziyyəti” mövzularında məruzələri dinlənilib.

Məruzə və təkliflər nəzərə alınaraq MDB rektorlar şurasının iclası aşağıdakı məsələləri tövsiyə edib.

-       ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında elm və təhsilin rolunun artırılması;

-       aqrar elmin dünya elminin nailiyyətlərini özündə əks etdirməklə innovasiya fəa­liy­yətinin gücləndirilməsi, təhsil və istehsalatın əlaqəsinin təmin edilməsi;

-       aqrar sahədə qazanılan elmi nailiyyətlərin təhsildə öz əksini tapması, kadr hazırlığının müasir tələblərə cavab verməsinin təmin edilməsi;

-       kadr potensialının gücləndirilməsi, onun keyfiyyətcə daha kamil səviyyəyə çatdırılmasına, istehsalat nailiyyətlərinin daha da artırılmasına və səmə­rəliliyinə təminat verilməsi; 

-       ərzaq təhlükəsizliyinin təmin edilməsinin ətraf mühitin mühafizəsi ilə müşaiyət olunması;

-       aqrar sahənin daha da təkmilləşdirilməsi və elmi nailiyyətlərin artırılması  məqsədi ilə aqrar ali təhsil müəssisələri rektorlar şurasının nəzdində akademik elm mərkəzinin yaradılması;

-       aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsində elm-təhsil-istehsalat əlaqələrinin reallaşdırılması, elm və tədris proqramlarının beynəlxalq səviyyədə razılaşdırılması.

İclasın ərəfəsində mətbuat nümayəndələri üçün müsahibələr verilir.

 

 “MDB ÖLKƏLƏRİNİN AQRAR-SƏNAYE KOMPLEKSİ ÜÇÜN BİTKİ MÜHAVİZƏSİ VƏ KADR HAZIRLIĞI” PROBLEMİ ÜZRƏ APARICI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ REKTORLAR ŞURASININ GƏNCƏDƏ İKİNCİ İCLASI OLUB
 “MDB ÖLKƏLƏRİNİN AQRAR-SƏNAYE KOMPLEKSİ ÜÇÜN BİTKİ MÜHAVİZƏSİ VƏ KADR HAZIRLIĞI” PROBLEMİ ÜZRƏ APARICI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ REKTORLAR ŞURASININ GƏNCƏDƏ İKİNCİ İCLASI OLUB
 “MDB ÖLKƏLƏRİNİN AQRAR-SƏNAYE KOMPLEKSİ ÜÇÜN BİTKİ MÜHAVİZƏSİ VƏ KADR HAZIRLIĞI” PROBLEMİ ÜZRƏ APARICI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ REKTORLAR ŞURASININ GƏNCƏDƏ İKİNCİ İCLASI OLUB
 “MDB ÖLKƏLƏRİNİN AQRAR-SƏNAYE KOMPLEKSİ ÜÇÜN BİTKİ MÜHAVİZƏSİ VƏ KADR HAZIRLIĞI” PROBLEMİ ÜZRƏ APARICI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ REKTORLAR ŞURASININ GƏNCƏDƏ İKİNCİ İCLASI OLUB
 “MDB ÖLKƏLƏRİNİN AQRAR-SƏNAYE KOMPLEKSİ ÜÇÜN BİTKİ MÜHAVİZƏSİ VƏ KADR HAZIRLIĞI” PROBLEMİ ÜZRƏ APARICI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ REKTORLAR ŞURASININ GƏNCƏDƏ İKİNCİ İCLASI OLUB
 “MDB ÖLKƏLƏRİNİN AQRAR-SƏNAYE KOMPLEKSİ ÜÇÜN BİTKİ MÜHAVİZƏSİ VƏ KADR HAZIRLIĞI” PROBLEMİ ÜZRƏ APARICI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ REKTORLAR ŞURASININ GƏNCƏDƏ İKİNCİ İCLASI OLUB
 “MDB ÖLKƏLƏRİNİN AQRAR-SƏNAYE KOMPLEKSİ ÜÇÜN BİTKİ MÜHAVİZƏSİ VƏ KADR HAZIRLIĞI” PROBLEMİ ÜZRƏ APARICI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ REKTORLAR ŞURASININ GƏNCƏDƏ İKİNCİ İCLASI OLUB

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024