Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-04-2017, 15:20)
"İqlim dəyişikləri Xəzər dənizinə mənfi təsir göstərib"

"İqlim dəyişikləri Xəzər dənizinə mənfi təsir göstərib"

 

Son illər müşahidə edilən iqlim dəyişmələri Xəzər dənizinin hidrometeoroloji şəraitinə mənfi təsirini göstərib.

Mediatv.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Zabit Allahverdiyev APA-ya bildirib ki, iqlim dəyişmələri nəticəsində son 50 ildə Xəzər dənizinin temperaturu, yağıntıları, səthi, duzluluğunda müəyyən dəyişikliklər olub.
 
Onun sözlərinə görə, institut 1961-2010-ci illər üzrə qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin Azərbaycana aid olan hissəsində hidrometeoroloji şəraitə təsirinə dair təhlillər aparıb: "Təhlillər göstərib ki, 1991-2010-cu illər üzrə Xəzərdə havanın temperaturu 1961-1990-cı illərin temperaturundan çox olub. Xəzərdə orta aylıq temperaturlar 4,8 - 25,4 dərəcə C (selsi) aralığında dəyişib. Orta çoxillik temperatur 14,7 dərəcəyə bərabər olub ki, bu da normadan 0,5 dərəcə çoxdur. Artımlar əsasən yaz, yay və payız fəsillərində müşahidə edilib. Qış fəslində temperatur artımı olmayıb və Xəzər orta temperaturunu saxlayıb. Xəzər dənizi iqlim dəyişmələrinin indikatorudur və hansısa enib-qalxma baş verərsə, iqlimlə bağlıdır".
 
Z.Allahverdiyev əlavə edib ki, Xəzərdə havanın temperaturunda atım olsa da, yağıntıda hiss edilməyəcək qədər azalma var. 1962-1990-cı illərdə yağıntının orta norması 325 millimetr olub. Amma 1991-2009-cu ildə bu göstərici 323 millimetr təşkil edib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024