Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-04-2017, 13:33)
İnsan alverinin qurbanlarının sayının artması çox narahtedici məqamdır - MİLLƏT VƏKİLİ

tahir
Son ilərdə insan alverinin qurbanlarının və uşaqların qeyri-qanuni əməyə cəlb olunması prosesinin artması çox narahatedici məslədir.
Mediatv.az xəbər verir ki, bunu millət vəkili Tahir Kərimli Milli Məclisdə İnsan alverinə qarşı milli kordinatorun illik hesabatı zamanı deyib.
Onun sözlərinə görə, ötən ilin hesabatında da uşaqların cinsi istismara qarşı mübarizə ilə bağlı xüsusi konvensiyanın hazırlanması nəzərdə tutulurdusa, bu ildə sənədə bu məsələ yenidən əksini tapıb: “Məslənin üstündən bir il keçsə də, problemin öz həllini tapmaması çox narahatedici məqamdır və bu məsələ təcili olaraq öz həllini tapmalıdır”.
Uşaqların qeyri-qanuni  əməyə cəlb olunması ilə bağlı məsələyə toxunan millət vəkili bildirib ki, əgər 2015-ci ildə 450 uşağın qeyri-qanuni əməyə cəlb olunması faktı müəyyənləşmişdisə, 2016-da bu fakt 600-ə qalxıb. “Əgər 2015-ci ildə 200 valideyn uşaqlarını düzgün  təlim tərbiyə etmədiyinə görə cərimə olunubsa, 2016-da  bu fakt 240-a qalxıb. Əgər 2015-ci ildə insan alverinin qurbanları əvvəlki illə müqayisədə  22 faiz artım olmuşdusa, 2016-da bu rəqəm 29,4 faizə qalxıb. Bütün bu faktlar bir dah bu sahədə ciddi problemlərin olduğunu göstərir. Baxmayaraq ki, bu sahədə uğurlu işlərin görüldüyü bildirilir”.
T. Kərimli əmək miqrantları ilə bağlı məsləyə toxunaraq bildirdi ki, xaricdən əmək miqrantları qeyri-qanuni yolla ucuz əməyə cəlb olunur. “Xarici ölkələrdən gətirilən əmək miqrantlarının ucuz əməyə cəlb olunması nəticəsində Azərbaycan vətəndaşalrı iş tapa bilmir. Odur ki, bu  problemlər nəzərə alınaarq, ciddi nəticə çıxarılmalıdır”- deyə, millət vəkili bildirib.
шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024