Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-04-2017, 13:47)
Qubad İbadoğlu: “Bu, öz-özünlə futbol oynamaq kimi bir haldır”

 “Prezident İlham Əliyevin "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı fərmanı mədən sənayesi sektorunda şəffaflıq baxımından müsbət dəyərləndirirəm”.

Mediatv.az:   Bunu Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsləri (HSŞT) Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu Turan-a bildirib.

Q.İbadoğli hesab edir ki, fərman Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təəbbüsü (HSŞT) sıralarını tərk etməzdən öncə verilsəydi mədən sənayesində şəffaflıq məsələsinə əlavə keyfiyyət qatardı: “Amma Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təəbbüsündən (HSŞT) çıxandan sonra fərman verir,  həm də HSŞT-nin standartlarına riyaət edəcəyini bildirir. Obrazlı desək bu, ona bənzəyir ki, futbol liqasını tərk edirsən, sonra turnir yaradıb futbol oynayacağını bidirirsən. Bu, öz-özünlə futbol oynamaq kimi bir haldır”.

Q.İbadoğlu deyir ki, HSŞT bu fərman təkcə ildə bir dəfə hesabat verməyi nəzərdə tutmur, burada mülkiyyət məsələsi, hər layihə üzrə hesabat məsələsi var.

Azərbaycanın HSŞT-dən çıxmasının bu qurumda narahatlıq yaratdığını deyən Q.İbadoğlu vurğulayır ki, fərmanda HSŞT-nin standartlarına riayət olunacağı haqda müddəalar bu narahatlığı aradan qaldırmağa yönəlib: “Amma düşünürəm ki, Azərbaycanın qurumda iştirakçı olaraq qalması daha səmərəli yol idi və ölkə HSŞT-nin imkanlarından bəhrələnə bilərdi”.

Q.İbadoğlu deyir ki, hələlik ortada bir fərman var, bu fərman baxımından lazımlı olan normativ aktlar, digər sənədlər yoxdur: “Bir də HSŞT üzrə komissiyanın təkibi var ki, daha məqsədəuyğun dəyişdirilib, halbuki, bu komissiya əvvəl də var idi”.

Q.İbadoğlu hesab edir ki, Azərbaycan HSŞT-yə qayıtmalıdır, çünki indiki vaxtda ölkəyə investisiyalar lazımdır, bu qurumdan kənarda qalmaqla bunları əldə etmək mümkün deyil və odur ki, rəsmi Bakı qurumla bağl, HSŞT-yə inteqrasiya  mövqeyinə yenidən baxmalıdır.  

Xatırladaq ki, prezident İlham Əliyev aprelin 5-də "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. 2004-cü ildən HSŞT tərkibində olan Azərbaycan 2017-ci ilin martında qurumu tərk etmək barədə bəyanat verib.

шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024