Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-04-2017, 22:19)
Rayon avtomobillərinin Bakıya girişinə məhdudiyyətlər qoyulacaq - VİDEO

rayon avtomobilleri bakiya giris

 

”IV İslam Həmrəyliyi Oyunlar”ı dövründə rayon avtomobillərinin Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər qoyulacaq.

 

Mediatv.az-ın xezerxeber.az-a istinadən verdiyi məıumata görə, bu məhdudiyyətlər may ayının 1-dən 25-dək davam edəcək. Rayondan gələn nəqliyyat vasitələri paytaxtın şimal girişində, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində, cənubdan isə Lökbətan dairəsi yaxınlığında, ”Bakı-2015” Avropa Oyunları öncəsi yaradılmış dayanacaqda saxlanılacaq.

Amma bu o anlama gəlmir ki, rayondan gələn şəxslər şəhərə girə bilməyəcəklər. Həmin şəxslər avtomobili xüsusi mühafizə olunan dayanacaqda saxlayıb, ictimai nəqliyyatla şəhərin istənilən yerinə gedə bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, məhdudiyyət Nazirlər Kobinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komisiyasının qərarı ilə saat 7:30-dan 21:00-qədər qüvvədə olacaq.

Oyunlar ərəfəsində gecə paytaxta girib gündüz şəhərdə hərəkətdə olan rayon qeydiyyatlı avtomobillər xidmətdə olan polis əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq müvəqqəti duracağa qoyulacaq. Heç bir cərimə yazılmadan axşam vaxtı həmin nəqliyyat vasitəsi şəhərdən çıxarılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024