Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-04-2017, 14:33)
Deputat Azərbaycan telekanallarındakı teleserialları “topa tutdu”

govhar-1

 

Millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva telekanalları növbəti dəfə tənqid atəşinə tutub.

Mediatv.az-ın xəbərinə görə, millət vəkili tənqidi fikirlərini üzvü olduğu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 5-də keçirilən iclasında çıxışı zamanı deyib.
O, bildirib ki, telekanalların öz səviyyəsini artırması lazımdır və vacibdir.
“Düzdür, telekanallarımız öz səviyyələrini yüksəltmək, artırmaq üçün müəyyən addımlar atırlar, ancaq bu işlər istənilən və arzuolunan səviyyədə deyil. Çatışmazlıqlar xeyli çoxdur. Onların öz üzərində işləməsi lazımdır.
 Mən xüsusilə, telekanallarda gedən serialların səviyyəsindən çox narazıyam. Çox zaman da  həmin serialların Azərbaycan milli mentalitetinə cavab vermədiyi özünü aydın şəkildə göstərməkdədir. Belə seriallardansa, tarixi şəxsiyyətlərimizə, qəhrəmanlarımıza aid olan filmlər, seriallar çəkilsəydi, daha məqsədəuyğun olardı.
Çünki məhz belə filmlərə və seriallara ehtiyacımız var. Məsələn, Ağa Məhəmməd Şah Qacar haqqında filmin və ya serialın çəkilməsi çox gərəkli olardı. Hesab edirəm ki, telekanallarımız bunları- səslənən təklif və iradları öz fəaliyyətlərində  nəzərə almalıdırlar”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024