Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (28-03-2017, 11:44)
Ortaqlıq adı ilə dələduzluq: 17.870.000 manatlıq

 

 Ortaqlıqlıq adı ilə dələduzluq:

 

Mediatv.az:   Yenixeber.org-un  redaksiyasına Bakı ş. Xətai rayonu M. Hadi k.ev 113 m.15-də yaşayan Əhmədzadə Arif Mirzəağa oğlunun müraciəti daxil olub. Müəllif müraciətində 14 sentyabr 1999-cu ildə M. Hadi küçəsi-bina 91, mənzil 72, blok-5, mərtəbə 5-də yaşayan Kazımov Rafael Paşa oğlu tərəfindən aldadılaraq o zamankı məzənnə ilə 17.870.000 manatının mənimsənildiyini bildirir. Ogündən bugünə qədər haqqını almaq istiqamətindəki çabalarının da nəticəsiz olduğu müraciətdə yer alır. Mövzunun müəyyən ictiami marağa səbəb olacağını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  

“Şəxsiyyət vəsiqəmin surətini təqdim etməklə müraciətimdə bir başa mənimlə-Əhmədzadə Arif Mirzağa oğlu ilə cinayətkar Kazımov Rafael Paşa oğlu tərəfindən mənə qarşı törədilmiş, misli olmayan müsibətdən söz açıram.

14 sentyabr 1999-cu ildə Xətai rayonu, Məhəmməd Hadi küçəsi-bina 91, mənzil 72, blok-5, mərtəbə 5-də yaşayan super moşennik Kazımov Rafael Paşa oğlu məni öz iş yerinə (Buzovna kəndinə) dəvət edib və ev şəraitində hazırlanmış kolbasa sexi ilə tanış etdi.

Dedi: Sərmayə burax (sponsorqlu elə) sonra haqq-hesab edərik.

Mən heç bir tərəddüd etmədən işə başladım. İşin gedişatı üçün sexə lazım olanların hamısını aldım. Mənim imkanlı olduğumu gördükdə öz şəxsi mənfəətləri üçün  dolayı yollardan istifadə edib, məndən olduqca ziyadə pul mənimsdilər. (qopartdılar).

MəsələnI 1) şəxsi maşının yağını dəyişmək üçün 7 şirvan əvəzinə 700.000 manat (70 şirvan), 2) soyuducunun matoruna, hansı ki, heç bir təmirə ehtiyacı olmayan 8 şirvan əvəzinə 800.000 (80 şirvan), 3) quyunun matoruna təmirə ehtiyacı olmayan yerdə-6 şirvan əvəzinə 600.000 manat 4) heç bir ehtiyac olmayan yerdə keçmişdəki iş həmkarlarına 1.110.000 manat məbləğ verdim. 5) həqiqətdə lazım olan salafana, ədviyyata 56 şirvan (560.000 pul vermişəm) 6) gündəlik benzinə-5000 əvəzinə 50.000 pul alıb. 7) həqiqətdə istehsala donuz şpiki lazım olan 50 kq əvəzinə 500 kq almışam. Böyük məbləğ vəsait buraxdım, xərclədim. İş prosesi tamam olmamış Rafael işi dayandırdı.

Mən bu hərəkətə təəccüb qaldım və heç bir şey anlamadım.

Əlbəttə mal istehsal etmək, satmaq, enerji sərf edib işçilərə əmək haqqı vermək, nəticədə xeyir qalar və ya qalmaz, həmkarım tərəfindən düşünülmüş məxfi dünyada analoqu olmayan bir xəyanət addım idi.

Çünki, həmkarım xeyri qabaqcadan götürmək məqamını və gələcək planlarımı kim bilə-bilər.

Bütün bu olanları soyuqqanlı tərzdə qəbul edərək özümə təskinlik verərək onsuz da axırda haqq-hesab edərik. Ertəsi gün müəssisəyə sərf etdiyim əmanəti geri almaq istədikdə: “Mənim sənə heç bir borcum yoxdur”.Mən Rafaelə ərz etdim ki, 17.870.000 manat məbləğində pul xərcləmişəm dedikdə: Təkrar əvvəlki cavabını: Mənim sənə heç bir borcum yoxdur cavabını verdi. Saysız-hesabsız, dəfələrlə evlərinin qapısında israrla müraciətimə baxmayaraq, öz haqqıma çata bilmirdim. Sanki bunun mənə heç bir borcu yox imiş kimi məni əliboş yola salırdı. Heç olmasa ümidverici söz də vermirdi. Beləliklə Xətai rayonu 36-cı polis bölməsinə müraciət  etdim. Bölmədə baş müvəkkil Nəsirov Hökümolla Ağahüseyn oğlu məni qəbul etdi. Əhvalatı olduğu kimi söylədim. (danışdım). Dərhal Rafaeli şöbəyə dəvət etdi:

Rafael, Arif sənə bocludu, ya sən Arifə borclusan?

Rafael dedi: Mən Arifə borcluyam.

Nə qədər Arifə borcun var soruşdu:

Dedi, Arif öz hesabatında nə qədər hesabıayıbsa, o da doğrudur, düzdür. Mənim Arifə 17.870.000 manat borcum var. (on yeddi milyon səkkiz yüz yetmiş min manat bprcum var) Elə isə sənə 24 saat vaxt verirəm, o pulu vaxt itirmədən şöbəyə gətir. Bu gün 14 sentyabr 1999-cu il saat 15:40 dəqiqədir, həftənin 2-ci günüdür. Sabah bu vaxtı Ariflə birlikdə gözləyirik.

Təyin olunmuş vaxt tamam olduqda polis əməkdaşı məni müdafiə etməyimi kənara ataraq, super moşennik olan Rafaelin müdafiəsinə canfəşanlıq etdi. Müxtəlif bəhanələrlə iş prosesini dayandırmağa çalışdı və ona nail oldu.

İndiyə qədər bu iki günahkar (polis müvəkkili H.A.Nəsirovla super moşennik Rafael) öz kefində damağında, heç kimdən qorxmadan, üstəlik mənə hədə-qorxu gələrək eyş-işrətdə həyat sürürlər.

Bütün yazdıqlarıma aləmlərin Rəbbi olan Allah şahiddir!”

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

Yenixeber.org

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024