Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (8-03-2017, 11:25)
VERGİLƏR NAZİRLİYİ MƏHKƏMƏDƏ UDUZDU

vergiler

Mediatv.az:   Azpolitika.info-ya daxil olan məlumata görə, Vergilər Nazirliyi lizinq bazarının ən iri iştirakçılarından olan “Unilizinq” şirkətinə 600 min manatlıq cərimə kəsib. Buna səbəb kimi şirkətin vergi ödəyicisi olmayan fiziki şəxslərə lizinq ayırması göstərilib.

Nazirlik iddia edib ki, VÖEN-i olmayanlara lizinq yolu ilə vəsait ayırmaq qanuna ziddir. Nəticədə, kifayət qədər böyük olan bu məbləği ödətmək istəyən nazirliklə şirkət arasında məhkəmə çəkişməsi yaranıb. Ali Məhkəməyə qədər gedib çıxan çəkişmədə hakimlər çətin duruma düşdüyündən məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməli olublar.

Son qərar barədə məlumat verməzdən öncə qeyd edək ki, burada Vergilər Nazirliyinin məqsədi lizinq şirkətlərinin maliyyə dövriyyəsini mümkün qədər ciddi nəzarətə götürməkdir. Ancaq bu prosesin nazirlik tərəfindən vaxtında və düzgün şəkildə həyata keçirilməməsi bugün lizinq şirkətlərini və onların müştərilərini çətin və qeyri-müəyyən vəziyyətə salıb. Əslində, bu şirkətlərin maliyyə-vergi hesabatları pul dövriyyəsini izləmək üçün vergi orqanlarına kifayət etməli idi. Əlavə tələb və iddiaların qoyulması isə onsuz da daralan kredit-lizinq bazarının bir qədər də kiçilməsinə səbəb olmaqdadır. Lizinq şirkətlərindəki mənbələr bildirir ki, “Unilizinq”ə qarşı göstərilən münasibət digər lizinq şirkətlərinə də şamil edilməkdədir. Baxmayaraq ki, nəticədə Konstitusiya Məhkəməsi “Unilizinq”i haqlı çıxaran qərar verib. Və “Unibank” tərəfindən 2004-cü ildə təsis olan “Unilizinq” Vergilər Nazirliyini məhkəmədə udaraq, müvafiq cərimədən də azad olub. Lizinq şirkətlərində deyirlər ki, eyni məsələ ilə bağlı tələblər irəli sürən vergi orqanı təmsilçilərinə Konstitusiya Məhkəməsinin müvafiq qərarı xatırladılsa da, onlar bu qərardan xəbərsiz olduqlarını iddia edirlər. Onda belə çıxır ki, hər şirkət ayrılıqda nazirliklə məhkəmə çəkişməsi başlatmalıdır…

Bir sözlə, bugün lizinq şirkətləri Vergilər Nazirliyinin yeni tələblərilə hesablaşmaq və onları müştərilərin də nəzərinə çatdırmaq məcburiyyətindədirlər. Artıq müştərilərdən VÖEN-li hesab açmaq, sonra aylıq ödənişləri həmin hesaba oturtmaq, daha sonra həmin hesabdan lizinq şirkətindəki müvafiq hesaba köçürmə etmək və təbii ki, bununla bağlı vergi hesabatları vermək tələb olunur. Bu prosesin vergi daxilolmalarını nə qədər artıracağını və ümumiyyətlə artırıb-artırmayacağını demək çətindir. Ancaq bunun lizinq şirkətləri və onların müştəriləri üçün yeni başağrısı olacağı şübhəsizdir.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024