Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-11-2014, 19:06)
“Qafqaz Lizinq” ASC: Borcluları məhv edən və ya müsadirə etdiklərini təkrar satışa çıxaran xidmət?!

Əsasən «Baku Electronics»in 9 filial və xeyli iri mərkəz şəbəkəsində brend məhsulların ("Samsung” və digərləri) istehlak kreditlərini həyata keçirən "Qafqaz Lizinq” ASC haqda daha bir xəbər var. 

 

 
Mia.az xəbər verir ki, sözügedən ASC bu dəfə Bakının Pirallahı rayon sakinin Emil Məhərrəm oğlu Əliyevi məhkəməyə verib. Artıq ASC-nin iddiası üzrə Pirallahı rayon Məhkəməsində məhkəmə keçirilib. Həmin rayon məhkəməsi də digər məhkəmələr kimi, «Qafqaz Lizinq» ASC-nin xeyrinə qətnamə çıxarıb. Lakin tərəf rayon məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib: «Sözügedən məhkəmənin hakimi Mehdi Əsədovun icraatında olan şikayət üzrə noyabrın 11-nə iclas saatı təyin edilib». 
Onu da qeyd edək ki, "Qafqaz Lizinq” ASC məhkəmədən cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və dəymiş zərərin ödənilməsini tələb edir. 
Burada nə diqqətçəkən məqam isə "Qafqaz Lizinq” ASC-nin bütün borclulara qarşı eyni iddia tələbləri ilə çıxış edərək, udmasıdır. Maraqlı burasıdır ki, bu zaman ASC və məhkəmə məhkəməyə verilən tarixlərədək ödənilən məbləğlərlə bağlı qətnamədə qeydlər aparmırlar. Yəni belə çıxır ki, ASC həm məhkəmə tarixinə qədər ödənilən vəsaitlərə sahiblənir, həm də sonradan lizinq obyektini (bura minik avtomobilləri də daxildir) geri alır. Sonradan isə geri alınan avadanlığın isə başqa bir müştəriyə təzə avadanlıq kimi təkrar satılması da faktdır. Maraqlıdır ki, bu zaman ASC daxili bəzi rəhbər şəxslər həmin lizinq obyektlərini təzə mal kimi müştərilərə satırlar…. 
Təsisçiləri Türkiyə və Britaniyadan olan iki şirkətin Azərbaycandla yaratdığı "Qafqaz Lizinq” ASC- haqda Mia.az-a verilən faktlarla əlaqədar dəqiqləşdirmə aparırıq. Yaxın günlərdə "Qafqaz Lizinq” ASC-nin, əslində, brend firmalarla hansı şərtlərə işləməsindən tutmuş, istehlak kreditləri alan müştərilərə problem yarandığı halda necə çətinliklər yaratdığı haqda ətraflı araşdırmalarımızı oxuya bilərsiniz. Bundan əlavə, bir neçə dəfə bank funksiyalarını yerinə yetirmək istəyən və bunun üçün Mərkəzi Banka belə müraciət edən "Qafqaz Lizinq” ASC-yə niyə «yox» deyilməsi haqda da maraqlı məlumatlar var.
Qarşı tərəfi də dinləməyə hazırıq. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024