Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (18-01-2017, 11:16)
MTN Hüseyn Büyükfıratı da şantaj edib

huseyn

Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar qruplaşmanın məhkəməsi başlayan üzvlərinin işində sensasion məqamlar üzə çıxır.

Mediatv.az xəbər verir ki, Gununsesi.info-nun araşdırmasına görə, MTN-dəki dəstənin indiyədək törətdiyi əməllərin heç də hamısı istintaq tərəfindən araşdırılmayıb. Yəni ki, törədilən cinayətlər istintaq materiallarında əks olunanlardan qat-qat çoxdur.

Saytımızın araşdırması zamanı MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərovun Azərbaycanda çalışan iş adamı “Buyukfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Buyukfıratı da şantaj etdiyi, ondan külli miqdarda pul aldığı üzə çıxıb.

vusal1

Belə ki, Vüsal Ələkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən ilahiyyatçı alim və QMİ-nin sektor müdiri olmuş Elşən Mustafaoğlunun da işindən pul “qazanıb”. Hüseyn Büyükfıratı Elşən Mustafaoğlunun “Mənəvi Saflığa Dəvət” jurnalına sponsorluq etməkdə ittiham edən MTN iş adamını istintaqa çağırıb. Bir neçə dəfə istintaqa gedən Hüseyn Buyukfıratdan 100 min manat aldıqdan sonra əl çəkiblər.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən Türkiyədən olan iş adamları arasında ölkəmizə ikinci vətəni kimi yanaşan şəxslərdən biri də Hüseyn Büyükfıratdır. Hətta ona öz ölkəsində “Azərbaycanlıların abisi” ayamasını da veriblər. Ölkəmizdə həmçinin, sosial xarakterli layihələrə dəstək verən iş adamı Azərbaycanda da böyük nüfuza sahibdir. Belə bir şəxsi ölkədən incik salmaq isə ancaq Eldar Mahmudov və onun tamahkar dəstəsinin nəfsi ucbatından ola bilər.

Olayla bağlı əməkdaşımız Hüseyn Büyükfırata telefon açsa da iş adamı ilə danışmaq cəhdimiz baş tutmayıb.

Hüseyn bəyin mövqeyini də işıqlandırmağa hazırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024