Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-12-2016, 14:14)
Astan Şahverdiyevlə bağlı qərar veriləcək – “Bu, ciddi səhvdir”

“Deputat Astan Şahverdiyevin etiraza səbəb olan açıqlamasının həqiqətən onun tərəfindən deyilib-deyilməməsi hələ ki tərəfimizdən dəqiqləşdirilməyib”. 

Mediatv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev bildirib.

O qeyd edib ki, “bu barədə eşidib, amma hələ dəqiq əmin deyil”: “Əgər təsdiqin tapsa ki, təhqir edib, əlbəttə tədbir görüləcək. Hələ ki, Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib. Qarşıdan dekabrın 30-da plenar iclas gəlir və yəqin ki, o iclasda bu məsələ ilə bağlı dəqiq qərar veriləcək. Amma indiki halda hələ ki, hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur”. A.Abıyev onu da bildirib ki, əgər həqiqətən A.Şahverdiyev müsahibəsində təhqirə yol veribsə, bu, deputat üçün ciddi səhvdir.

Qeyd edək ki, deputat Astan Şahverdiyev mətbuata açıqlamasında Biləsuvarda məskunlaşan köçkünlərlə və Rusiyaya işləməyə gedəna zərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırıb.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024