Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-12-2016, 17:13)
KİVDF qalib jurnalistləri mükafatlandırdı

 

Dekabrın 24-də Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

 

Mediatv.az xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

 

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, KİVDF 7 ildən artıqdır belə müsabiqələr keçirir. Fond ildə üç dəfə müsabiqə keçirir, lakin icra hakimiyyətləri və müxtəlif dövlət qurumları ilə birgə bu il 10-a qədər müsabiqə keçirib.

Onun sözlərinə görə, ümumilikdə 10 müsabiqədə 600-ə qədər jurnalist iştirak edib və 400-ə qədər jurnalist mükafatlandırılıb:

“Bundan əlavə, KİV nümayəndələrinin xarici ölkələrə səfərləri təşkil olunub”.

 

V.Səfərli əlavə edib ki, bu gün mükafatlandırma mərasimi keçirilən müsabiqəyə 160 yazı daxil olub: “Müsabiqədə 19 istiqamət müəyyən edilib və hər istiqamət üzrə 6 qalib nəzərdə tutulub. Bu cür müsabiqələr davam etdiriləcək”.

 

Mətbuat Şurasının sədri, deputat Əlatun Amaşov isə qlobal dünyada baş verən hadisələrə, böyük dövlətlərin kiçik dövlətlərə münasibətlərinə toxunub: “Cənab Prezident İlham Əliyevin müasir düşüncələri, analitik keyfiyyətləri, müasir prinsiplərə əsaslanması bizdə bir əminlik yaradır ki, Azərbaycan bu qarışıq dünyada problemlərlə uğurla mübarizə aparacaq.

 

Bizim prezident vətənpərvərdir, qətiyyətli, qorxmaz və prinsipaldır. Bu gün Azərbaycan mətbuatı güclü bir institutdur. Azərbaycan jurnalistləri bugünkü qədər güclü olmayıb. Azərbaycan Prezidenti İlham Əliyev həmişə medianı diqqətdə saxlayıb. Azərbaycan jurnalistləri adından cənab Prezidenti ad günü münasibətilə təbrik edirik”.

 

Sonra müsabiqədə qalib gəlmiş jurnalistlərə mükafatlar verilib.

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024