Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-06-2016, 16:18)
Azərbaycanda Amnistiya aktının icrasına başlanıb

Bu gün Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya aktının icrasına başlanılıb.

Mediatv.az xatırladır ki, Amnistiya aktı bu il mayın 20-də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən parlamentə təqdim olunub.

Amnistiya aktına 1 saylı Cəzaçəkmə Müəssisəsindən 13, 4 saylı Cəzaçəkmə müəssisəsindən 3, 15 saylı Cəzaçəkmə Müəssisəsindən 10, 16 saylı Cəzaçəkmə Müəssisəsindən isə 5 məhkum azadlığa buraxılıb. Həbsdən azad olunanlar arasında qadınlar da var.

Amnistiya aktı bölgələrdə də icra olunub. Şəki Penitensiar Müəssisəsində saxlanılan 5 məhbus cəzasının qalan hissəsindən azad olunub.

Ümumilikdə amnistiya aktının icrası nəticəsində bu gün 200 nəfərə yaxın məhkum azadlığa qovuşub.

Amnistiya aktı ilə bağlı təşkil olunan mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak ediblər.

Ombudsman E.Süleymanova sonuncu 4 amnistiya aktının Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunduğunu xatırladaraq, "Azərbaycan yeganə ölkədir ki, qısa zamanda 11 amnistiya aktı, 61 əfv sərəncamı imzalanıb. Bu böyük rəqəmdir", - deyə bildirib.

Quldurluqda ittiham olunaraq 14 il həbs cəzası alan, 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Xaqani Ağayev Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib: ”Amnistiya olacağına inanmırdım. Dünən xəbər verdilər ki, cəzamın çəkilməmiş hissəsindən azad olunmuşam. Çox sevincliyəm. Bu sevinci mənə və ailəmə yaşadan millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Mehriban xanımın humanist bir xanım olduğunu bilirik. Arzu edirəm ki, bu cür aktlar tez-tez qəbul olunsun və digər məhbuslar da sevinsinlər. Allah daim Mehriban Əliyevanı və onun ailəsini sevindirsin".

15 saylı cəzaçəkmə müəssisəsindən Nizami Əliyev millət vəkili Mehriban Əliyevanın onun ailəsinə sevinc yaşatdığını deyib: “Heydər Əliyev Fondunun prezidenti, milllət vəkili Mehriban xanım Əliyevanın bu təşəbbüsü mənim ailəmə əsl hədiyyə oldu. Məndən çox ailəm əziyyət çəkirdi. Mehriban xanım Əliyeva ailəmə böyük sevinc bəxş etdi. Mən cənab prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya xüsusi təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Amnistiya aktı ümumilikdə 10 min nəfərə şamil ediləcək. Onlardan 3500-ə yaxını azadlığa buraxılacaq.

Amnistiya aktına düşən məhbuslar dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024