Cəmiyyət (14-06-2016, 14:16)
Sabahdan 3500 məhbus azadlığa buraxılır
Sabahdan başlayaraq Milli Məclisin 28 May - Respublika günü münasibətilə qəbul etdiyi amnistiya aktının icrasına başlanılacaq.
Mediatv.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktı ümumilikdə, 10 min nəfərə şamil ediləcək, 3500 nəfər azadlığa buraxılacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu yarandığı dövrdən bir neçə amnistiya aktlarının qəbul edilməsinin təşəbbüskarı olub. 2007-ci il 8 may tarixli qərarla 9877 məhkum barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum barəsində, 2013-cü il 7 may tarixli qərarla 10.040 məhkum barəsində amnistiya aktı qəbul edilib.
Sonuncu amnistiya aktı da daxil olmaqla Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda 110 000 insan həbsdən azad edilib. Onun 40 000-i Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşıb.(Azvision.az)