Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-06-2016, 19:17)
Goranboyun icra başçısı DTX-nın əməliyyatına mane olmağa çalışıb?

Goranboyun icra başçısı DTX-nın əməliyyatına mane olmağa çalışıb?

 

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Goranboy rayonunda böyük əməliyyat keçirməsi və bir neçə məmurun saxlanması haqda bir neçə gündür mediada yazılar gedir 

Mediatv.az:  Bildirilir ki, yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb.

Belə ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər bu ayın 11-dən 12-nə keçən gecə ifşa olunub.

Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə günlərdir ki, ekskavatorlarla qazılır. Güman edilir ki, həmin ərazidən qızıl çıxarılırmış.

Xəbərlərdə əraziyə nömrəsiz avtomobillə gələn rayon icra başçısının köməkçisi Fuad Əliyevin, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Yol İdarəsinin («Azəryolservis») rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.

Həmin hadisə ilə bağlı ilginc məlumat daxil olub. Goranboydakı mənbənin verdiyi xəbərə görə, həmin gün hadisə yerinə gələn nömrəsiz maşında icra başçısı Nizaməddin Quliyevin özü də olub. Onun da aparılan qazıntı işlərində şərik olduğu bildirilir: "Köməkçi mətbuata açıqlamasında guya xəstə olduğunu, işə çıxmadığını deyib, halbuki həmin hadisə baş verən ərəfədə onun işdə olduğunu görənlər olub. Nizaməddin Quliyev isə ora köməkçisini aradan çıxarmaq üçün gəlibmiş, görünən odur ki, məqsədinə nail olub. Başçının hətta DTX-nin əməliyyatına problem yaratmağa çalışması haqda da rayonda söz-söhbət gəzir".(afn.az)

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024