Cəmiyyət (14-06-2016, 13:47)
Hafiz Məmmədovun qardaşının ölkədən çıxışına qadağa qoyuldu
Vergilər Nazirliyi Azərbaycandan getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin siyahısını yeniləyib
Mediatv.az xəbər verir ki,Vergi borcu səbəbindən sanksiyaya məruz qalmış 144 şəxs siyahısında idmanla bağlı iki nəfər yer alıb.
Bunlardan biri “Bakı” Futbol Klubundan Zeynal Məmmədovdur. Z.Məmmədov klub prezidenti Hafiz Məmmədovun qardaşıdır və klubun vitse-prezidenti vəzifəsində çalışıb.
Digər şəxs isə “Karvan İdman Klubu” MMC-dən Əli Abdulrəhmanovdur.
Hər iki şəxsin vergi borcu açıqlanmır. Onların ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.