Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli atasına aid əlyazma şəklində olan şeirlər dəftərinin hərraca çıxarılmasından xəbərsiz olduğunu deyib.
Mediatv.az xəbər verir ki, o, aznews.az-a açıqlamasında bildirib ki, bununla bağlı Kəsəmənlilər ailəsi məlumatlandırılmayıb: “Ola bilər ki, kimdəsə vərəqlər var. Nüsrət Kəsəmənlinin ailəsinin adından deyirəm ki, onun adına "feysbuk" səhifəsi yoxdur. Biz belə bir səhifə işlətmirik. Sadəcə şeirlərini paylaşanlar var”.
R.Kəsəmənli qeyd edib ki, əgər deyilənlər doğru olarsa, mərhumun varisi tərəfindən hüquqi addım atılacaq.
* * *14:33
Mərhum şair Nüsrət Kəsəmənlinin əlyazması olan şeirlər dəftəri hərraca çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, dəftər sosial şəbəkə vasitəsilə auksion və hərraclar təşkil edən səhifədə nümayiş etdirilir. Şeirlər üçün ilkin qiymət 200 manat nəzərdə tutulub. 1980-cı illərə məxsus olan dəftər əla vəziyyətdədir. Hərracın bitmə tarixi 16 iyundur.
Qeyd edək ki, səhifədə Bakı xanı Il Mirzə Məhəmmədin şəxsi möhürü də hərraca çıxarılıb. Bundan başqa, hərracda ilkin qiymət kimi 270 min dollar nəzərdə tutulmuş rəsm əsərləri belə var.
Daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz:
https://www.facebook.com/auksion/posts/634637046693008