Cəmiyyət (12-06-2016, 10:41)
Polis "Qanun" nəşriyyatında axtarış aparmaq üçün əraziyə gəlib
Ötən gün axşam saatlarında axtarış aparmaq üçün “Qanun” nəşriyyatına gələn polis əməkdaşları binanın ətrafında post qurub.
Mediatv.az-ın xəbərinə görə, bu barədə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Facebook" səhifəsində yazıb. O, nəşriyyatın binasının ətrafında 3 yerdə post qurulduğunu bildirib. Şahbaz Xuduoğlu həmçinin bildirib ki, polis mühafizəçinin telefonunu və giriş qapısının açarını götürüb.
Qeyd edək ki, ötən gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün “Qanun” nəşriyyatının yerləşdiyi əraziyə gəlib. “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu APA-ya bildirib ki, polislər nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olduğuna görə gəliblər. Lakin, Şahbaz Xuduoğlunun bildirdiyinə görə, axtarış aparmaq üçün hər hansı sənəd təqdim etmədiklərinə görə, onlar binaya buraxılmayıblar.
Şahbaz Xuduoğlunun hüquqi nümayəndəsi, vəkil Yalçın İmanov bildirib ki, Ş.Xuduoğlu hazırda Bakıda olmadığı üçün polislərin hələlik binaya daxil olması mümkün olmayıb.
****
22.50
Bu gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün “Qanun” nəşriyyatının yerləşdiyi əraziyə gəlib. “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu APA-ya bildirib ki, polislər nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olduğuna görə gəliblər. Lakin, Şahbaz Xuduoğlunun bildirdiyinə görə, axtarış aparmaq üçün hər hansı sənəd təqdim etmədiklərinə görə, onlar binaya buraxılmayıblar.
Şahbaz Xuduoğlunun hüquqi nümayəndəsi, vəkil Yalçın İmanov bildirib ki, hazırda hadisə yerindədir: “Polis binanı əhatəyə alıb. Onlar bildiriblər ki, nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olub, lakin axtarış aparmaq üçün heç bir hüquqi sənəd təqdim olunmayıb. Şahbaz Xuduoğlu hazırda Bakıda olmadığı üçün polislərin hələlik binaya daxil olması mümkün olmayıb".
APA
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024