Cəmiyyət (10-06-2016, 11:36)
“İctimai rəyin öyrənilməsi prosesi yekunlaşmaq üzrədir” – Təhsil Nazirliyi
Azərbaycanda 2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.
Mediatv.az-a Təhsil Nazirliyindən verilən məlumata görə, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.
Məlumata görə, başa çatmaqda olan tədris ilində Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsini həyata keçirib: “Bu ilin fevralından start götürən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi artıq yekunlaşmaq üzrədir.
İctimai rəyin öyrənilməsi çərçivəsində 89 dərslik layihəsi e-resurs.edu.az saytına yüklənib. Həmin dərslik layihələrinə dair rəy və təkliflərin iyunun 17-dək bildirilməsi mümkün olacaq. Çapa verilməzdən öncə, dərslik layihələri www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilir. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud[email protected] elektron poçtuna göndərməklə bildirmək olar”.