Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-12-2014, 19:55)
Təhsil Nazirliyi jurnalistləri internata apardı

Təhsil Nazirliyi jurnalistləri internata apardı

 

Dekabrın 3-də Təhsil Nazirliyinin təşəbbüsü ilə ictimaiyyət nümayəndələrinin, mədəniyyət xadimlərinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin və jurnalistlərin 8 nömrəli sanatoriya tipli, həmçinin 11 saylı inteqrasiya təlimli internat məktəblərinə səfəri təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, səfərin təşkilində məqsəd isə internat məktəbləri ilə daha yaxından tanış olmağa, burada təhsil alan və yaşayan uşaqlarla təmas qurmağa şərait yaratmaq olub. 

Qonaqlar əvvəlcə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş 8 nömrəli sanatoriya tipli internatda şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar.

Onlar 11 saylı inteqrasiya təlimli internat məktəbdə yeni yaradılmış yaradıcılıq sinfinin açılışı olub. Açılışda bəstəkar Faiq Sücəddinov və müğənni İlqar Muradov da iştirak ediblər. Şagirdlərin hazırladıqları bədii proqrama tamaşa edən qonaqlar onların əl işlərindən ibarət sərgiyə də baxıblar. Şagirdlər dulusçuluq, təkalduz, xalçaçılıq, rəngkarlıq işlərindən ibarət əsərləri barədə məlumat veriblər. 

Sonra qonaqlar tədris ocağının şagirdləri ilə birgə nahar ediblər.

Məlumatda bilirilib ki, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində ilk dəfə olaraq ötən tədris ilindən beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb. 

Qeyd edək ki, internat məktəblərin avadanlıq, geyim və digər resurslarla təchizatı tələbata uyğun olaraq tam yerinə yetirilir. Məktəblər üçün müasir avtobuslar alınıb. Həmin nəqliyyat vasitələri ilə şagirdlərin Bakı şəhərində, habelə bölgələrdə yerləşən tarixi abidə və muzeylərə, ekskursiyalara və əyləncə məkanlarına aparılması təşkil olunur. 

Təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə I-IV siniflər üzrə yeni tədris proqramları hazırlanıb, kiçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni dərslik və “Loqopedik albom” çap olunub, pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib. 

Xatırladaq ki, son beş ildə uşaq evləri və internat məktəblərindən 3703 nəfər məzun olub. Onlardan 214 nəfər ali təhsil, 152 nəfər orta təhsil, 482 nəfər ilk peşə- ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 2 nəfər 600-dən çox, 12 nəfər 500-600 arası və 18 nəfər isə 400-500 arası bal toplayıblar.

2012-2013-cü tədris ilində rəsm, inşa müsabiqəsində və müxtəlif idman yarışlarında internat məktəblərinin 53 şagirdi I, 32 şagirdi II və 46 şagirdi III yeri tutub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024