Cəmiyyət (9-06-2016, 14:45)
“Son illərin ən sıxıntılı, əsəb və depressiya dolu günlərini yaşayıram” – Sabiq deputat
“7 aydır ki, işsizəm”
Mediatv.az xəbər verir ki, sabiq millət vəkili, “Sitatın sonu” verilişinin aparıcısı Etibar Hüseynov ATV telekanalını tənqid atəşinə tutması ilə bağlı suallara aydınlıq gətirib. Modern.az saytı xəbər verir ki, sabiq deputat ATV-nin “Yoxlama” verilişini tənqid etməsinin “Sitatın sonu”nun bağlanması ilə əlaqəli olduğunu etiraf edib:
“Neçə gündür ki, elektron poçtuma yazan bir çox dostlar ATV-nin “Yoxlama” verilişiylə şamaxılı sahibkar arasında baş verən insidentlə bağlı yazdığım statusları nəzərdə tutaraq, sual edirlər ki, “ATV-yə qarşı yazdıqların “Sitatın sonu”nun bağlanmasıylamı əlaqədardı?”. Düzü birmənalı cavab vermək çətindir. Çünki hamıya məlumdur ki, mən ölkədə və dünyada baş verən bütün önəmli hadisələrə onsuz da Facbook səhifəmdə münasibət bildirirəm. Amma səmimi olacam.
Bəli, verilişimin bağlanmasının bu məsələdə tutduğum mövqeyə aidiyyəti var, özü də birbaşa. Çünki, ATV-də mənə qarşı sözün əsl mənasında əclaflıq edilib. Həyatımın bəlkə də ən böyük pisliyini onlardan görmüşəm. Bunun da nəticəsində 7 aydır ki, işsizəm. Son illərin ən sıxıntılı, əsəb və depressiya dolu günlərini yaşayıram. Və bunun da əvəzini çıxmağa çalışacam. Nəyin bahasına olursa, olsun”.