Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-06-2016, 15:45)
Meşəbəyi işdən qovuldu

nese01

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ı çərçivəsində əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilərin aşkar edilməsi məqsədilə Zaqatala Dövlət Təbiət Qoruğu və Balakən Polis Şöbəsinin əməkdaşlarının birgə tədbirlər planına uyğun olaraq 5 iyun 2016-cı il tarixində əməliyyat axtarış tədbirləri keçirilib.

Mediatv.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Strateq.az-a daxil olan məlumatda deyilir ki, əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayının müxtəlif sahələrində hündürlüyü 12 sm-dən 39 sm-ə qədər olan ümumi sayı 781 ədəd narkotik xassəli çətənə bitkisinin aqrotexniki qaydada əkildiyi aşkar olunub.

Araşdırma zamanı çətənə kollarını Balakən rayon Qazbinə kənd sakini, Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kortala meşəbəyliyinin gözətçisi, orta təhsilli Arif Saxrayev və həmkəndlisi tərəfindən qanunsuz olaraq qoruq ərazisinə daxil olaraq əkdiyi məlum olub.

Faktla bağlı sözügedən ərazinin mühafizəsinə cavabeh olan Dövlət Təbiət Qoruğunun mühafizə yegeri Zahid Dondulov əmək vəzifələrini layiqincə yerinə yetirmədiyinə, xidməti fəaliyyətində yol verdiyi nöqsana görə vəzifəsindən azad edilib. Bundan başqa Balakən MMBM-nin meşə gözətçisi Arif Saxrayev qanunsuz fəaliyyətinə görə işdən çıxarılıb.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində çətənə kollarının əkildiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər aparılır.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024