Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-06-2016, 10:05)
Lənkaranlılar düşmən üzərində qələbənin davamlı olacağına inanırlar

 

Lənkəran şəhərində gənclərin hərbi vətənpərvərlik tərbiyəsi strateji əhəmiyyətə malik məsələ kimi diqqət mərkəzində saxlanılır.  Gənclərin hərbi xidmətə yola salınması həmişə  təntənəli mərasimlə keçirilir. Əvvəlcə dövlət himni səsləndirilir. Tədbirdə çıxış edən ziyalılar, müharibə veteranları və valideynlər Vətənə sədaqət borcunu ödəməyə gedən gəncləri təbrik edir, onlara xoş istək və arzularını çatdırır, Ali Baş Komandanın hər bir əmrini canla-başla, sözsüz yerinə yetirmələrini tövsiyə edirlər. Sonra çağırışçılar Azərbaycan bayrağının altından keçərək ordu sıralarına yola düşürlər.Apardığımız araşdırmalar SHXÇDX Lənkəran şəhər  şöbəsinin fəaliyyəti günün tələbləri səviyyəsində olduğunu göstərir.

 SHXÇDX Lənkəran şəhər  şöbəsinin rəisi polkovnik Faiq Əmirov   bu fikirdədir ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordumuza qayğısının nəticəsidir. Onun sözlərinə görə, dörd günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu yağıya nəyə qadir olduğunu göstərdi:

 - Azərbaycan Ordusu düşmənə döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək; Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək; Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək; İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə almaq; Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq; Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq dərsi keşdi.Şöbə rəisi Faiq Əmirov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksələn qəhrəman silahdaşlarımızın həyat və döyüş yolunun bugünkü gənclərimiz üçün əsl örnək olduğunu bildirilir. "Xalqımızın ən böyük ən böyük arzusu tezliklə işğal olunmuş torpaqlarımızın Azərbaycan Ordusu tərəfindən azad edilməsi və Vətən yolunda canlarını qurban verən şəhid oğullarımızın intiqamının erməni cəlladlarından alınmasıdır və buna da nail olacağıq. Allah şəhidlərimizə rəhmət eləsin!"

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024